Azərbaycanın tikinti şirkəti 2 milyon manata yaxın zərər açıqladı
Azərbaycanın tikinti sektorunda fəaliyyət göstərən “Conco” QSC 2022-ci ili 1 milyon 934 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 616 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Conco” QSC-nin xalis zərəri 681 min manat və ya 26% azalıb.
Marja.az Şirkətin 2022-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatıma istinadən xəbər verir ki, 2021-ci ildə “Conco” QSC-nin əsas əməliyyat gəliri 18 milyon 114 min manat ikən, 2022-ci ildə 21 milyon 85 min manata yüksəlib ( 2 milyon 971 min manat və ya 16,4% artıb).
Satışın maya dəyəri və inzibati xərclər yüksək olduğundan “Conco” QSC zərər edir. Şirkətdə satışın maya dəyəri satış gəlirlərinə bərabərdir.
“CONCO” QSC bütün növ binaların tikintisi (kommersiya və yaşayış binaları), neft, qaz və sənaye müəssisələrin tikintisi, infastruktur, artizan quyularının qazılması, isitmə, soyutma və havalandırma sistemlərinin quraşdırılması üzrə xidmətlər göstərir.
“CONCO” QSC Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələrində iştirak edir, yaşayış binaları tikir.
31 dekabr 2022-ci il tarixində “CONCO” QSC 10 milyon 345 min 568 manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 8 milyon 437 min 351 manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























