Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
(®) Nar yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir. Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar”, bu dəfə 25 yeniyetmənin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb.
“Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olan bu gənclərə dünya, Avropa və olimpiya çempionlarının məşqçiləri təlim keçəcək. Narın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bu təlimlər vasitəsilə onlara peşəkar boksda uğurlu karyera qurmaq üçün əvəzolunmaz şans verildiyini qeyd edib: "Yeniyetmələrin fiziki rifahına sərmayə qoymaqla Nar olaraq, boks rinqini aşan və onların həyatına müsbət təsir göstərən nizam-intizam, əzmkarlıq və möhkəmlik kimi dəyərləri aşılamağı hədəfləyirik, ümid edirik ki, gələcəkdə bu gəncləri dünya, Avropa və olimpiya çempionu kimi görəcəyik”.
Nar sosial məsuliyyətli şirkət olaraq, diqqəti uşaq evləri və aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















