Azərbaycanın “B.R.I.Z Group” şirkəti İsveçrə şirkətilə memorandum imzaladı
Azərbaycanın “B.R.I.Z Group” şirkəti böyük və təcrübəli İsveçrə şirkətilə birgə fəaliyyət göstərəcək(®) Ölkəmizin tikinti sektorunda əmin addımlarla irəliləyən 2020-ci ildə təsis edilmiş “B.R.I.Z Group” MMC şirkəti İsveçrənin “PWT Industrial and Water Technology Group AG” şirkəti ilə birgə fəaliyyət haqqında memorandum imzalayıb.
Memorandum çərçivəsində İsveçrə şirkətinin qabaqcıl dünya təcrübələrindən xüsusilə də sənaye obyektlərinin müasir standarlarda layihələndirilməsi və tikintisi istiqamətində zəngin təcrübəsinin ölkəmizdə də tətbiqi nəzərdə tutulub.
“PWT Industrial and Water Technology Group AG şirkəti məişət və sənaye çirkab sularının emalı və təkrar istifadəsi üçün sənaye obyektlərinin, duzsuzlaşdırma qurğularının və digər bu kimi obyektlərin tikintisində böyük təcrübəyə və texniki bazaya malikdir.
“B.R.I.Z Group” MMC Azərbaycan Respublikasının iqtisadiyyatın sənaye-innovativ inkişafına və ölkədə tikinti sahəsinin inkişafına yönəlmiş strateji proqramlarının həyata keçirilməsinə töhfə vermək məqsədi ilə qabaqcıl ölkələrin praktikalarından yararlanmaq niyyətindədir. “Smart Construction Solutions” yəni tərcümədə “ağıllı inşaat həlləri” şüarını özünə hədəf seçən şirkət bu istiqamətdə əməli addımlar atmaqda davam edir. Günü-gündən inkişaf edən və qloballaşan dünyamızda bütün istiqamətlərdə olduğu kimi tikinti sferasında da innovativ yanaşmaların və rəqəmsal texnalogiyaların tətbiq qaçılmazdır. Dünyanın trendini izləmək və ona uyğunlaşmaq artıq hər birimiz üçün bir çağırış olmuşdur. Tikinti şirkəti olaraq “B.R.I.Z Group MMC” də bu çağırışa cavab vermək və ona mümkün qədər uyğunlaşmaq niyyətindədir.
Sözügedən memorandumun ölkə iqtisadiyyatına valyuta axınını da təmin etməsi bu memorandumun verəcəyi tövhə və faydalar arasındadır. Belə ki, İsveçrə şirkəti o cümlədən “B.R.I.Z Group” MMC-nin hal-hazırda əməkdaşlıq üçün danışıqları davam edən digər xarici ölkə brendlərinin ölkəmizə gəlişi yalnız öz təcrübələrini bölüşməsi ilə yadda qalmayacaqdır. Onlar münbit iqtisadiyyata investitsiya etmək imkanlarını da təhlil edib bu istiqamətdə uyğun fürsətləri gözdən keçirəcəklər. Əlbəttə ki, uğurlu tikinti layihələri həyata keçirmək üçün ilkin olaraq zəruri maddi-texniki bazaya malik olmaq lazımdır. “B.R.I.Z Group” MMC bu yöndə özünəməxsus seçimlər edir və uğurlu şirkətlərin yanaşmalarını diqqətlə izləyərək onları öyrənir və eyni zamanda da təhlil edir. Qazanılmış məlumatlar ölkəmizin insan kapitalının artımına öz zəngin tövhəsini verəcəkdir. Yekunda yerli sakinlərimiz yüksək yaşayışla təmin olunmuş həyat tərzindən zövq ala biləcəkdir. Şirkətin insan resursları siyasəti də tez-tez rast gəldiyimiz hallardan fərqlənir. Belə ki, daha çox gənc və potensiallı kadrlarların da işə cəlb edilməsi, bir növ təməldən onları yetişdirməsi siyasəti uğurla həyata keçirilir.
Ağıllı inşaat həllərinin əsas məqsədi insanların həyatını daha da rahatlaşdırmaqla, yaxın keçmişdə əlçatmaz kimi görünən arzuları reallaşdırmaqdır. Şirkətə bu yöndə olan əzmli fəaliyyətində uğurlar arzu edək.
“B.R.I.Z Group” MMC haqqında daha ətraflı: www.briz-group.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı






.jpg)







.jpg)




