Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Əgər mən bu qədər ağıllıyamsa, onda niyə Twitter-ə 44 milyard dollar verdim?!”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əgər mən bu qədər ağıllıyamsa, onda niyə Twitter-ə 44 milyard dollar verdim?!”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əgər mən bu qədər ağıllıyamsa, onda niyə Twitter-ə bu qədər pul verdim?!” – deyə sosial şəbəkəyə 44 milyard dollar ödəyən İlon Mask soruşub və sonra ona cavab verib.

Marja.az xarici mətbuata istinadən xəbər verir ki, iş adamı etiraf edib ki, Twitter-i almaq baha başa gəlib, lakin o, sosial şəbəkənin “mənfi istiqamətdə” getdiyi üçün buna razı olub.

Maskın sözlərinə görə, o, Twitter-in “sivilizasiyaya mənfi təsir” və “vətəndaş cəmiyyətinə dağıdıcı təsir” göstərdiyini hiss edib. “Hesab edirəm ki, sivilizasiyaya xələl gətirən hər şey pisdir”, - deyə iş adamı əlavə edib.

Mask deyib ki, sosial şəbəkə onun nəzarətinə keçdikdən sonra o, “əsaslı şəkildə təmizlənib”: “Biz botların, fırıldaqçıların və baş verən müxtəlif pis şeylərin 90%-dən xilas olduq. Twitter-də uşaq istismarı ilə bağlı materialların 95%-dən xilas olduq”.

Mask Twitter-i 44 milyard dollara almaq üçün müqavilə bağlayıb və ötən ilin payızında sosial şəbəkəyə rəhbərlik edib. Bundan sonra o, şirkətdə ciddi dəyişikliklərə başlayıb: kadr ixtisarı edib, hesabın bloklanması siyasətinə yenidən baxıb, və səhifənin yoxlanılması üçün işarələrin satışına başlayıb. Özü də şirkətdə işin ilk aylarını stresli adlandırıb. Yalnız işçilərin ixtisar edilməsi planları xəbərindən sonra onun sərvəti 17 milyard dollar azalıb.

Maskın siyasəti geniş şəkildə tənqid olunub və reklamçıların çıxışı ilə müşayiət olunub. 

18.06.2023 15:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18