AnadoluJet İzmirdən Bakıya uçuşlara başlayıb
Türk Hava Yollarının markası olan AnadoluJet İzmirdən Bakıya uçuşlara başlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 16 iyun 2023-cü il tarixindən etibarən, uçuşlar həftədə 3 gün İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həyata keçiriləcək.
AnadoluJet-in İzmir-Bakı reysləri barədə Türk Hava Yollarının Baş Ticarət Direktoru Kerem Sarp bildirib: "Biz qardaş ölkəmiz Azərbaycan ilə əlaqəni yeni uçuş istiqamətimizlə daha da gücləndirməkdən məmnunuq. Biz bu iki yaxın xalqı İstanbul və Ankaradan sonra İzmir-Bakı marşrutu ilə birləşdirərək Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun möhkəmlənməsinə də kömək etmiş oluruq”.
2008-ci ildə Anadolunun hava nəqliyyatı ehtiyaclarını daha sərfəli variantlarla qarşılamaq üçün qurulan Türk Hava Yollarının markası olan AnadoluJet hazırda donanmasında 80 təyyarə ilə 31 ölkədə 92 istiqamət və 171 marşrut üzrə uçuşlar həyata keçirir. 11 iyun 2020-ci il tarixindən etibarən beynəlxalq uçuşlara başlayan AnadoluJet İstanbul Sabiha Gökçen Hava Limanı və Ankara Esenboğa Hava Limanından, həmçinin Antalya, Bodrum və Dalamandan bir çox daxili və xarici istiqamətlərə uçuşlar həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
25 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
31 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 33 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib



























