Azərbaycanlı layihə mütəxəssisi İkinci Beynəlxalq Layihə İdarəetməsi Forumunda çıxış edib
Vüqar Rüstəmli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ikinci dəfə keçirilən Beynəlxalq Layihə İdarəetməsi Forumunda spiker kimi iştirak etmişdir.
İlk Azərbaycanlı olaraq Foruma dəvət almış Vüqar Rüstəmli dünyanın 20 ölkəsinin beynəlxalq layihə peşəkarları ilə birlikdə təqdimatla çıxış etmişdir. Spikerlər arasında dünyanın 2 nömrəli Liderlik İnkişaf Proqramının qurucusu və “The Vision Code” kitabının müəllifi Dr. Oleg Konovalov, PMO Qlobal Alyansının Direktoru Americo Pinto, Cənubi Koreyanın Səudiyyə Ərəbistanındakı Səfiri H.E. Join-Yong Park, və digər beynəlxalq düşüncə liderləri yer alıb.
2 gün davam edən forumda dünyanın 100 ölkəsindən 10000 iştirakçı qatılaraq layihə idarəetməsinin fundamentləri, müasir trendlər, gələcək perspektivlər, Süni İntellektin yaratdığı imkanlar, və insan resurslarının inkişafı haqqında çıxışlardan faydalanmışlardır. Vüqar Rüstəmli “Meqa Tədbirlərdə Layihə İdarəetməsi” adlı təqdimatında 12 illik fəaliyyətinə əsaslanaraq Azərbaycanda və digər ölkələrin ən yaxşı təcrübələrini paylaşmışdır.
Qeyd edək ki, Forum regionun ən geniş layihə idarəetmə platforması kimi Layihə İdarəetməsi İnstitununun yerli bölməsi, Səudiyyə Ərəbistanının nazirlikləri, dövlət şirkətləri, və fondları tərəfindən təşkil olunmuşdur. Vüqar Rüstəmli Forumda PMWILL-in həm-təsisçisi olaraq qoşulmuşdur. PMWILL üç istiqamətdə fəaliyyət göstərərək layihə idarəetməsi üzrə araşdırma, konsaltinq və təhsil xidmətləri təqdim etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
4 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
5 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
5 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur






























