Çində gənclər arasında işsizlik rekord həddə çatıb
Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlara görə, ölkədə gənclər arasında işsizlik səviyyəsi may ayında 0,4 bənd artaraq 20,8 faizə yüksələrək rekord səviyyəyə çatıb.Çində sənaye istehsalı və pərakəndə satış may ayında gözləniləndən aşağı olub, gənclər arasında işsizlik rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, Çinin Milli Statistika Bürosu (UIB) əsas iqtisadi göstəriciləri və işsizlik rəqəmlərini özündə əks etdirən may ayı məlumatlarını açıqlayıb.
May ayında şəhər yerlərində işsizlik nisbəti 5,2% olmaqla sabit qalıb, 16-24 yaş arası gənclər arasında isə işsizlik səviyyəsi 0,4 faiz bəndi artaraq 20,8% olub.
Ümumi işsizlik səviyyəsi sabit qalsa da, gənclər arasında işsizlik ötən ay qeydə alınan 20,4 faizlə rekord səviyyəni üstələyib.
Covid-19 epidemiyası başlayandan bəri artan gənclər arasında işsizliyin hələ də yüksək olması iqtisadi canlanmada kövrəkliyin əlaməti kimi şərh olunur.
İqtisadiyyat artım tempini saxlamaq üçün mübarizə aparır
May ayı məlumatları göstərir ki, iqtisadiyyat ötən ilin son rübündəki tənəzzüldən sonra bu ilin birinci rübündə öz artım sürətini saxlamaqda çətinlik çəkib.
Sənaye istehsalı may ayında illik müqayisədə 3,5% artaraq aprel ayındaki 5,6% artımdan geridə qalıb.
Dövlət sənaye müəssisələrinin məhsul istehsalı 4,4 faiz, özəl sektor müəssisələrinin istehsalı isə cəmi 0,7 faiz artıb.
İstehlakın ölçüsü olaraq qəbul edilən pərakəndə satışlar may ayında illik müqayisədə 12,7% artaraq aprel ayındakı 18,4% artımdan aşağı olub.
Ötən ilin yazında Covid-19 epidemiyası ilə əlaqədar həyata keçirilən bağlanma və karantin tədbirlərinin yaratdığı aşağı baza illik artımların yüksək görünməsinə səbəb olur.
İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri daxil olmaqla əsas kapitala investisiyalar ilk beş ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artsa da, ilk 4 aydakı 4,7 faiz artımdan aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
16 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
25 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 46 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib















.jpg)







