İstanbulda “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu keçiriləcək - Rəşad Cabirli
İstabulda 13-14 iyul tarixləırindəı keçiriləcək iki günlük forum çərçivəsində, Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcək.
Qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ziyarətindən sonra, MÜSİAD, KOBİA, KOBSKA və MÜSİAD Azərbaycan tərəfindən İstanbulda Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “İş Dünyası – Yüz İlin Zirvəsi”iqtisadi forumun keçirilməsi qərara alınıb.
Bunu açıqlamasında MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
O qeyd edib ki, MÜSİAD Azərbaycan missiyasına və dəyərlərinə sadiq qalaraq yarandığı gündən bu günə kimi qardaşlıq şuurunu ortaqlıq mədəniyyətiylə birləşdirmə prinsipini əsas götürərərk, müxtəlif layihələr həyata keçirib.
Onun sözlərinə görə, İstabulda 13-14 iyul tarixləırindəı keçiriləcək iki günlük forum çərçivəsində, Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcək.
İki günlük əhatəli proqramda B2B görüşlər olduğunu ifadə edən Cabirli iş adamlarının tədbirin sərgi hissəsi ilə də tanış olacaqlarını vurğulayıb.
Qeyd edək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.
Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.
Bu il MÜSİAD 33 yaşını qeyd edib.
"MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı onunla görüşmək fürsəti olduğunu bildirib.
Həmçinin, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov MÜSAİD-in 3-cü dönəm prezidenti olmuş, hazırda Türkiyənin Ticarət naziri Ömər Bolat ilə görüşüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
24 d. əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
39 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 50 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
