Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətləri ilə görüş keçirilib
İyunun 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirdə çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov ötən müddət ərzində respublikamızda mühasibat uçotu sahəsində görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib.
Hazırda ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının baş mühasiblərinin Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi ilə bağlı müddətinin azalmasına diqqət çəkən Azər Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları ilə mühasibat uçotu sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi və peşəkar mühasib sertifikatı ilə bağlı işlərin sürətləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüş iştirakçıları mühasiblərin davamlı peşəkar inkişaf proqramları üzrə tələblərin qanunvericiliyə daxil edilməsinin zəruriliyi, Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirmə işlərinin artırılması, bu sahədə nəzarət mexanizminin müəyyənləşdirilməsi, PMS reyestr sisteminin təkmilləşdirilməsi, imtahanların mütəmadi olaraq dəqiq vaxt qrafiki ilə keçirilməsinin vacibliyi və s. məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.
Sonda görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, PMS ilə bağlı təbliğat işlərinin aparılması, mühasiblər üçün təlimlərin təşkili, ələlxüsus da regionlarda maariflənmə işlərinin aparılması layihələri dəstəklənməkdədir.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunadək paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, orta və iri sahibkarlıq subyektləri hesab edilən kommersiya təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib olması, habelə mühasibat uçotu xidmətini həyata keçirən təşkilatların ən azı iki peşəkar mühasiblə əmək müqaviləsinin olması zəruridir. Peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə onlara baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər cərimə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
21 d. əvvəl
Çips müəssisəsində yoxlama aparılıb, məhsullarından müayinə üçün nümunələr götürülüb - NƏTİCƏSİ
- 24 d. əvvəl
- 30 d. əvvəl
-
34 d. əvvəl
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb
- 53 d. əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Azərbaycandan 2 konteyner gəmisi almağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AzRe”nin xarici bazarlarda böyük risklərə qarşı qorunması zəifdir"
-
2 saat əvvəl
FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
bp: Neft və qaza onilliklər boyunca ehtiyac olacaq
FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
Neft qiymətləri aşağı düşür
Ən çox oxunanlar
Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ CAVAB
5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
"Bahar" yatağında böyük potensial var"
Spotify qiymət artıracaq
Google, Nvidia-ya rəqib olur
Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"


















