Azərbaycanda iqtisadi artımın sürəti 0,1%-dən 0,7%-ə yüksəlib
2023-cü ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı2023-cü ilin yanvar-may aylarında ölkədə 49 milyard 580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,0 faiz artmışdır.
ÜDM istehsalının 45,5 faizi sənaye, 9,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olmuşdur.
Əsas kapitala yönəldilmiş vəsait haqqında
2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 3432,5 milyon manatı və ya 58,6 faizi məhsul istehsalı sahələrinə, 2097,8 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4314,5 milyon manatını və ya 73,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4124,3 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 35,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
21 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
33 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
































