Etilen-Polietilen Zavodunda yanğın - VİDEO/ YENİLƏNİB
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.
Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
XXX
Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
XXX
Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə FHN-ə istinadən xəbər verir.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.
XXX
13:14 - Məlumat verildiyi kimi, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
XXX
12:03 - Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















