Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini aşkar edəcək
Vergi cinayətləri ilə mübarizə sahəsində innovativ tədbirlər həyata keçiriləcək"Vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması və vergi cinayətlərinin qarşısının alınması dünya ölkələrinin vergi xidmətlərinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə tədbirlərin səmərəliliyinin artırılması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) da diqqət mərkəzindədir. Artıq OECD "Vergi cinayətləri ilə mübarizə - 10 asas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib. Sənǝd qeyd olunan prinsiplərin vergi cinayətləri ilə mübarizə sisteminin təkmilləşdirilməsi üçün hüquqi çərçivədə uğurlu təcrübələrin müəyyənləşdirilməsini, müvafiq sahədə proseslərin izlənilməsini, dəstək mexanizmləri üçün təlim və ya treninq ehtiyaclarının ödənilməsini nəzərdə tutur",
Marja xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır, həmçinin ölkəmizdə vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması, vergi hüquqpozmalarının yaranma səbəblərinin aradan qaldırılması yolunda yeni innovativ tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Belə ki, vergi cinayətləri ilə mübarizə sahəsində "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqi, "Shell" şirkətlərin yaranması ilə bağlı səbəblərin təhlil olunaraq risklərin müəyyən edilməsi, bununla bağlı hüquqi şəxslərin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, vergidən yayınma cinayətlərini törədən vergi ödəyicilərinin faktiki rəhbərlərinin (benefisiarların) aşkarlanması, vergi cinayətləri ilə mübarizə sahəsində risk və təhdidlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmlərinin təmin edilməsi və beynəlxalq təcrübə üzrə məlumat mübadiləsinin aparılmasını da həyata keçirəcək.
Qeyd edək ki, Dövlət Vergi Xidməti yaxın müddətdə "çəkindirmə" prosesi çərçivəsində bir sıra vergi cinayətləri üzrə əldə edilmiş nəticələri, bu sahədə aparılan cinayət işlərinin istintaqı barədə məlumatları ictimaiyyətin nəzərinə çatdıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
35 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
58 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























