Neft daha da ucuzlaşdı
Neft qiymətləri düşür. Bunun əsas səbəbi yanacağa tələb ilə bağlı narahatlıqlardır. Çində açıqlanmış zəif istehsal və ixracı məlumatlardan sonra narahatlıq daha da artıb. Eyni zamanda dünyada neft istehsalının artacağı gözlənilir. Xüsusilə Rusiyanın neft hasilatı Qərb ölkələrinin sanksiyalarına baxmayaraq, “demək olar ki, tam bərpa olunub”.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:47-də Brent nefti 1,2% ucuzlaşma ilə 73,90 dollardan ticarət olunub.
Ötən il bu vaxtı Brent neftin qiyməti 101,5 dollar təşkil etmişdi. Son 12 ayda Brent nefti 27%-dən çox ucuzlaşıb.
Xəbər verdiyimiz kimi, qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Goldman Sachs, qlobal təklifin artması və tələbin azalması səbəbindən neftin qiyməti ilə bağlı proqnozlarını növbəti dəfə aşağı salıb. Bank 2023-cü ilin dekabr ayı üçün Brent neftin qiyməti proqnozunu əvvəlki 95 dollardan 86 dollar/barelə endirib. Bu, Goldman-ın bir barel üçün 100 dollardan yuxarı proqnozundan sonra son altı ayda üçüncü eniş reviziyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)






