“AzInTelecom” və Türkiyənin “Çekino Group” şirkəti informasiya təhlükəsizliyi mövzusunda birgə tədbir keçirdi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən olan “Çekino Group”la birlikdə Bakıda “Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirib.
Dövlət qurumları və özəl şirkətlərin informasiya təhlükəsizliyi üzrə məsul şəxsləri və mütəxəssislərinin iştirak etdiyi konfrans son istifadəçi təhlükəsizliyi riskləri, risklərə qarşı preventiv və cavab tədbirlərinin görülməsi, ümumilikdə son istifadəçi təhlükəsizliyinin təmin olunması mövzularını əhatə edib.
Giriş sözü ilə çıxış edən “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bildirib ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, mərkəzləşdirilmiş informasiya sistemləri və biznes həllərdən ibarətdir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov kibertəhlükəsizliyin artıq bütün şirkətlər üçün ən vacib nüanslardan birinə çevrildiyini və bu sahədə fəaliyyət göstərən qurumların kompakt əməkdaşlığının vacibliyini vurğulayıb.
“AzInTelecom”un İnformasiya təhlükəsizliyinin təşkili şöbəsinin müdiri Kamran Kərimli son istifadəçi təhlükəsizliyinin risklərinə daxil olan gündəlik fəaliyyət zamanı qarşılaşdığımız potensial təhlükələrdən danışıb.
“AzInTelecom”un İnformasiya təhlükəsizliyi üzrə məhsul sahibi Arzu Rəhimli qeyd edib ki, risklərə qarşı qabaqlayıcı və müdaxilə tədbirlərinin görülməsi aparıcı rol oynayır. Dövlət qurumları və özəl şirkətlərə informasiya təhlükəsizliyinin auditi, konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC) xidməti göstərən “AzInTelecom” MMC-nin də bu sahədə davamlı işlər gördüyünü vurğulayan Arzu Rəhimli yerli və xarici şirkətlərlə mütəmadi olaraq məlumat mübadiləsi aparıldığını da vurğulayıb.
“Çekino Group”un baş direktorunun müavini Arzu Car iştirakçılara şirkət haqqında məlumat verib. Bildirib ki, “Çekino Group” informasiya texnologiyaları şirkəti olaraq, proaktiv və kontekst əsaslı texnologiyalar, məlumat mərkəzli inteqrasiya olunmuş həllər və uzunmüddətli təcrübəsi sayəsində aparıcı texnologiya şirkəti olmaq yolunda mühüm addımlar atmaqdadır.
“Çekino Group”un baş direktoru Erol Yılmaz konfrans zamanı sistem, son istifadəçi və təhlükəsizlik mövzusunda çıxış edərək şirkətin yaratdığı “Gardiyan” məhsulu barədə danışıb.
E.Yılmaz qeyd edib ki, bu məhsul böyük şəbəkələrdə bütün sistemin əvvəldən sona kimi təhlükəsiz monitorinqini və idarə olunmasını təmin edən, korporativ strategiyaya uyğun olaraq sistem idarəçilərinə məlumat verən və problemlərə qarşı sürətli şəkildə lazımi qabaqlayıcı tədbirlərin alınmasına imkan yaradan rəqəmsal həldir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin İnformasiya emalı şöbəsinin rəhbəri Erol Özgüner bələdiyyənin tərkibində 4 dövlət qurumunun olduğunu və ümumilikdə 53 mindən çox şəxsin çalışdığını diqqətə çatdırıb. Həmçinin “Gardiyan” məhsulu sayəsində şirkətdaxili şəbəkələrdə sistemin təhlükəsiz monitorinq və idarə olunduğunu, məhsul sayəsində risklərə qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü deyib.
Tədbir zamanı həvəsləndirici müsabiqə təşkil olunaraq fərqlənən 10 iştirakçı mükafatlandırılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)





.jpg)






.jpg)







