Pakistanın iri bankının Azərbaycandakı şirkəti böyüyüb, gəlirləri və mənfəəti artıb
“MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, “MCB Bank Olmayan Kredit Təşkilatı” 2022-ci ili 725 min 352 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 659 min 121 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “MCB BOKT"ın xalis mənfəəti 66 min 231 manat və ya 10% artıb.
“MCB"nin maliyyə lizinqi üzrə faiz gəliri 2021-ci ildə 1 milyon 839 min 594 manat ikən, 2022-ci ildə 2 milyon 573 min 456 manata yüksəlib (733 min 862 manat və ya 39,9% artıb).
Təşkilatın haqq, komissiya və brokerlik gəliri isə 2021-ci ildə ki 197 min 985 manatdan 2022-ci ildə 247 min 739 manata qalxıb.
Ötən il “MCB" BOKT-ın lizinq portfeli 1 milyon 146 min 65 manat və ya 30,8% artaraq 9 milyon 106 min 910 manata çatıb. Təşkilatın cəmi aktivləri isə 5 milyon 229 min 448 manat və ya 38,6% artaraq 31 Dekabr 2022-ci il tarixində 18 milyon 763 min 994 manat olub.
“MCB BOKT” QSC Pakistan İslam Respublikasının ən iri kommersiya banklarından olan "MCB Bank Limited" tərəfindən 2009-cu ildə təsis edilib. Təşkilatın fəaliyyətinin əsas istiqaməti hüquqi və fiziki şəxslər üçün girovsuz biznes kreditlər / maliyyə lizinqidir. Bu gün “MCB BOKT” QSC Azərbaycanda tibbi və ustehsalat avadanlıq, nəqliyyat vasitələri, xüsusi avadanlıq, robot texnikası və daşınmaz əmlakın alınmasını maliyyələşdirən universal lizinq şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 27 d. əvvəl
- 41 d. əvvəl
-
-
48 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib


























