Satışdan 141 milyon manat gəlir əldə edib, cəmi 27 min manat mənfəətə çıxıb
"Bolmart" supermarketlər şəbəkəsini idarə edən "Pro - Mart" MMC şirkəti 2022-ci ili 27 min 418 manat xalis manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 14 min 222 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Pro-Mart" şirkətinin xalis mənfəəti təxminən 2 dəfə və ya 13 min 196 manat artıb.
Marja.az şirkətin İnternet səhifəsində yerləşdirilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Pro - Mart" şirkətinin satışdan gəlirləri 2021-ci ildə 109 milyon 631 min manata ikən, 2022-ci ildə 141 milyon 26 min manata yüksəlib (31 milyon 395 min manat və ya 28,6% artıb).
Ötən il "Pro - Mart" MMC-nin cəmi xərcləri 140 milyon 998 min manat təşkil edib.
31 dekabr 2022-ci il tarixində "Pro - Mart" MMC 52 milyon 973 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 49 milyon 995 min manat cəmi aktivlərə malik idi.
11 milyon 721 min manat nizamnamə kapitalına malik olan "Pro-Mart" MMC-nin təsisçiləri "Az Fast Moving Businness" MMC (50%) və "Unitrade Group" MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








