Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO
Şüvəlan qəsəbəsində, Almas İldırım küçəsi 68 ünvanında yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açıb.
Modernləşdirilmiş restoran qida sənayesi sahəsində mövcud ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub.
Yüksək tələb səbəbindən oturacaqların sayı 104-dən 115-ə çatdırılıb, “Alphabet” dizaynı isə qonaqların restoranda daha rahat vaxt keçirməsinə şərait yaradır.
Yeni təmirdən çıxmış “McDonald's” öz qonaqlarına sifarişlərin qəbulu prosesini sürətləndirən daha rahat və təkmilləşdirilmiş “MakAvto” xidmətini təklif edir. Bu prosesi asanlaşdırmaq üçün qurulmuş interaktiv köşk müştəri qəbulu sayını artırmağa imkan verir.
Restoranda “table service” (“masada xidmət”) xidmətinin göstərilməsinə başlanılıb ki, bu da ziyarətçilərə kassa aparatları və ya interaktiv özünəxidmət köşkləri vasitəsilə etdikləri sifarişləri artıq masa arxasında qəbul etməyə imkan verir.
Ən qabaqcıl ictimai iaşə şəbəkələrindən biri olaraq, hazırda ölkədə 22 restoranı fəaliyyət göstərən “McDonald’s” şirkəti 2000 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.
Şirkət mövcud restoranların modernləşdirilməsinə və yeni restoranların açılışına sərmayə qoymaqla həm də yerli istehsalın genişlənməsinə, bununla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi töhfə verir.
Qeyd edək ki, “McDonald's Azərbaycan”ın tədarük, logistika, rekruitment, informasiya texnologiyaları və marketinq kimi iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 100-dən çox yerli şirkət ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu səmərəli əməkdaşlıq bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























