"Azərbaycan Mikro-Kredit"in zərəri kəskin artıb
"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC 2022-ci ili 327 min manat xalis zərər ilə başa vurub. Təşkilat 2021-ci ili 207 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Azərbaycan Mikro-Kredit"in xalis zərəri 120 min manat və ya 58% artıb. Xalis zərərin artması xərclərin gəlirlərdən daha çox artması ilə bağlıdır. Ötən il BOKT-ın kredit portfeli və gəlirləri kəskin artıb.
Marja.az xəbər verir ki, "Azərbaycan Mikro-Kredit"in faiz gəlirləri 2021-ci ildə 418 min manat ikən, 2022-ci ildə 1 milyon 485 min manata yüksəlib (3,5 dəfə artıb).
Eyni zamanda, ötən il "Azərbaycan Mikro-Kredit"in inzibati və əməliyyat xərcləri 2,4 dəfə artaraq 1 milyon 628 manat təşkil edib. Bundan başqa təşkilatın faiz xərcləri 6,5 dəfə artaraq 511 min manata yüskəlib.
Keçən il "Azərbaycan Mikro-Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3,6 dəfə artaraq 6 milyon 888 min manata çatıb. Təşkilatın cəmi aktivlər isə 3,5 dəfə artaraq 8 milyon 508 min manata yüksəlib.
"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalı (2 milyon 154 min manat) 100% Məmmədov Elmar Məmməd oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















