Dadaşova məxsus su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 21 ünvanında Azər Balahəsən oğlu Dadaşova məxsus su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi aşkarlanıb.
Həmçinin müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinin gözlənilmədiyi, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi, eləcə də müvafiq qaydalara uyğun havalandırma sisteminin quraşdırılmadığı məlum olub.
Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı müəyyən edilib. Yoxlama zamanı müvafiq müşayiətedici sənədlər və işçinin müayinədən keçməsinə dair tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.
Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















