1 milyon ev təsərrüfatının fiber-optik internetə çıxış imkanı yaradılıb
"Ev təsərrüfatlarının 39%-ni əhatə etmişik"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı, Azercell-in baş sponsorluğu ilə Bakıda ilk dəfə 16-17 may tarixində keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib.
Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılıb.
Tədbirdə “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib.
Çıxış zamanı Elçin Niyazov “Aztelekom” MMC-nin həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib.
E.Niyazov bildirib ki, Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər 225 min ev təsərrüfatı əhatə olunub. Belə ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 3 il ərzində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 1 milyona çatdırılıb. E.Niyazov bunun əvvəlki dövrlə müqayisədə 350% yüksək nəticə olduğunu vurğulayıb.
“Bizim əsas məqsədimiz əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsullarımızı inkişaf etdirərək diqqətimizi müştəri məmnuniyyətinə yönəltməkdir. Müştərilərimizə dəyərli xidmət və sərfəli məhsul təqdim etmək bizim əsas öhdəliyimizdir. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 39%-ni əhatə etmişik. Bu ilin sonuna qədər bu rəqəm 55% təşkil edəcək”, – deyə Elçin Niyazov məlumat verib.
Qeyd edək ki, “Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür.
Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















