Ərdoğan və Kılıçdaroğlundan yeni açıqlamalar
"Yekun nəticələr hələ bəlli olmasa da, öndəyik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Partiya Mərkəzinin eyvanından partiya üzvlərinə müraciət edib.
Marja xəbər verir ki, onu qarşılayanların coşqusuna işarə edən Ərdoğan, “Bu sevginin nəticəsi budur. Bu, sevgililərin görüşüdür. Bütün bu marafonun nəticəsini bu axşam sizinlə yaşayırıq. Kimlər mətbəxdə, biz də balkonda” ifadəsini işlədib.
Ankaralıları və həmkarlarını salamlayan Ərdoğan, “Ölkəmiz 14 May seçkiləri ilə daha bir demokratiya bayramını uğurla başa vurdu. Yekun nəticələr hələ bəlli olmasa da, öndəyik” deyib.
Ərdoğan, həm ölkədaxili səslərin qeyri-rəsmi nəticələrinin, həm də xarici səslərin hesablanmasının bir az vaxt aparacağını bildirib.
Ərdoğan deyib:
"Biz, geridə qaldıqlarını bildikləri bir halda “irəlidəyik” deyərək milləti bir daha, bəlkə də sonuncu dəfə aldatmağa çalışanlar kimi deyilik. Rəsmi nəticəni gözləyərkən, burada sevginizə cavab vermək üçün ənənəvi balkon çıxışımı etməyə qərar verdim".
Ərdoğan, “Tariximizdə ən yüksək seçici fəallığı ilə seçilən seçkilərdən birini keçirdik”, deyib.

"Mütləq 2-ci turda qalib gələcəyik, dəyişiklik tələbi 50 faizdən çoxdur"
Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu müttəfiq iderləri ilə birgə açıqlama verib:
Kılıçdaroğlu deyib:
"Seçki məntəqəsinə gedib səs verən bütün seçicilərə ürəkdən təşəkkür edirəm. Xüsusilə gənclərin və qadınların yüksək iştirakına görə çox xoşbəxtik. İştirak nisbətinin 90 faizə çatması və prosesin demokratik davam etməsi də sevindirici haldır.
Bütün böhtan və təhqirlərə baxmayaraq, Ərdoğan gözlədiyi nəticəni ala bilmədi. Heç kim oldu-bitdiyə həvəslənməsin. Seçkidə balkonda qalib gəlinmir. Məlumatlar hazırda gəlməkdə davam edir. Millətimiz ikinci tur deyirsə, başımızın üstündədir. Bu seçkidə mütləq ikinci turda qalib gələcəyik. Bunu hamı görəcək.
Müvəqqəti nəticələr göstərdi ki, Ərdoğan cəmiyyətdən gözlədiyi etimad səsini ala bilməyib. Cəmiyyətdə dəyişiklik tələbi 50 faizdən çoxdur. Bu fakt "AK Parti"nin (Ərdoğanın rəhbər olduğu Ədalət və İnkişaf Partiyası -red) səs itkisini göstərir. Qarşıdakı 15 gündə Türkiyə üçün millətimizlə birlikdə bu ölkəyə haqqı, qanunu, ədaləti gətirmək üçün mübarizə aparacağıq. Xalqımız əmin olsun ki, biz mütləq qalib gələcəyik və bu ölkəyə demokratiya gətirəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"

























