45 daşıyıcı “Buraxılış vəsiqəsi” ala bilməyib
AYNA daşıyıcı və sürücülərə “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”nın alınmasında dəstəyini davam etdirirNazirlər Kabineti tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqindən bir ay ötür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu vaxta kimi “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” almaq üçün 934 daşıyıcı 6128 nəqliyyat vasitəsilə müraciət edib. Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan 889 daşıyıcıya “Buraxılış vəsiqəsi” təqdim olunub. “Buraxılış kartı” alan nəqliyyat vasitələrinin sayı isə 5863-dür.
Qaydaların təsdiq edildiyi 2022-ci il 8 aprel tarixindən tətbiqinə başlanıldığı günədək daşıyıcılarla mütəmadi görüşlər keçirilib və onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.
Sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” “Bakı KOB evi”ndə təqdim olunur. Hüquqi və fiziki şəxslər buraxılış vəsiqələrini təqdim edərək istənilən “İcazə” blanklarını “KOB evləri”ndə əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


