Ötən il "BirKart BOKT" 4 dəfəyə yaxın böyüyüb

"BirKart BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "BirKart BOKT"ın əsas əməliyyat gəliri 20 min 66 manat təşkil edib. Təşkilart 2021-ci ildə 930 min 749 manat əsas əməliyyat gəliri əldə etmişdi. Ötən il əməliyyat gəlirinin hamsı qeyri-faiz gəlirləri olub.
Həmçinin, 2022-ci ildə "BirKart BOKT" 289 min 990 manat əsas vəsaitlərin və digər aktivlərin satıçından gəlir əldə edib.
Əsas vəsaitlər və digər aktivlərin dəyərdən düşməsi üzrə zərər, inzibati və əməliyyat xərcləri ilə əlaqədar olaraq "BirKart BOKT" MMC 2022-ci ili 265 min 413 manat xalis zərər ilə bağlayıb.
"BirKart BOKT"ın cəmi aktivləri 2021-ci ilin sonunda 8 milyon 238 min manat ikən, 2022-ci ilin sonunda 30 milyon 707 min manata çatıb (3,7 dəfə artıb). Təşkilatın kəskin böyüməsinin əsas səbəbi cəmi investisiyaların 7 milyoin 444 min manatdan 20 milyon 754 min manata yüksəlməsilə əlaqədardır (2,8 dəfə artıb). Eyni zamanda, "BirKart BOKT"un pul vəsaitləri 144 dəfə artaraq 9 milyon 572 min manata çatıb.
2018-ci ildə kreditlərin verilməsi məqsədilə yaradılmış "BirKart BOKT" MMC-nin 31 dekabr 2022-ci il tarixində 31 milyon 358 min manat nizamnamə kapitalının 100%-i "Kapital Bank" ASC-yə məxsus olub.
Ötən il "BirKart BOKT" MMC-nin nizamanməı kapitalı 3.7 dəfə və ya 22 milyon 818 min manat artırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
