“Turan Teknoloji A.Ş”nin Azərbaycanda yeni törəmə şirkəti - "TURAN TEXNOLOJİ” MMC FƏALİYYƏTƏ BAŞLAYIB
(®) Türkiyənin tanınmış “Turan Teknoloji A.Ş” şirkətinin Azərbaycanda yeni törəmə şirkəti - "Turan Texnoloji" MMC fəaliyyətə başlayıb.
"Turan Texnoloji” MMC-nin fəaliyyətə başlamasında əsas məqsəd Türkiyədə yaşayan soydaşlarımız Turan mobil tətbiqi (www.turan.app) vasitəsi ilə bazardan çox aşağı komissiya haqqı ilə pul göndərişlərini təmin etməkdir.
Bu tətbiq Türk Dövlətləri arasında fiziki dünya üçün nəzərdə tutulan, həmçinin pulköçürmə prosesini rəqəmsal dünyaya daşımağı hədəfləyir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərən “Turan Teknoloji A.Ş”nin məhsulu olan Turan tətbiqi (www.turan.app) vasitəsi ilə türk soydaşlar başda olmaqla Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstana da pulköçürmə imkanları ola biləcək rəqəmsal pulköçürmələr şəbəkəsi qurmaq hədəflənir.
Onu da qeyd edək ki, bu çərçivədə 2023-cü ilin yanvar ayından etibarən Azərbaycan Respublikası ilə pul köçürmələrimiz heç bir problem olmadan həyata keçirilir.
Məqsədlərə uyğun olaraq Türkiyədə yaşayan soydaşlar Turan tətbiqi ilə bazardan çox aşağı komissiya haqqı ilə pul göndərə biləcəklər. Bundan əlavə, həmyerlilər Turan tətbiqi vasitəsilə pul kisəsi hesabı aça bilər, heç bir ödəniş etmədən fiziki karta sahib ola bilər və tibbi sığorta üçün müraciət edə bilərlər.
Bu şəkildə qiymətləndirildikdə, həmvətənlərə Turan tətbiqi ilə rəsmi əməliyyatlarını asanlıqla həyata keçirmək imkanını təqdim edir, eyni zamanda onların bütün maliyyə əməliyyatlarını tək tətbiq vasitəsilə həyata keçirmə imkanını təqdim edirik.
“Turan Teknoloji A.Ş” olaraq, Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin yaradılması üçün lazımi araşdırmaların aparılması və e-pul lisenziyası ilə bağlı işlərin səmərəli şəkildə həyata keçirilməsi üçün Azərbaycanda "Turan Texnoloji” MMC-ni qurduğumuzu elan etməkdən məmnunuq.
Qeyd edək ki, "Turan Texnoloji” MMC-nin qanuni təmsilçisi Azərbaycanda maliyyə texnologiyaları sahəsində zəngin təcrübəyə malik olan Edqar Abdullayevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
20 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















