Macarıstan elektrikli avtomobillər üçün akkumulyator istehsalını genişləndirəcək
Çinin “Eve Power” şirkəti Avropada ilk fabrikini Debrecen şəhərində inşa edəcəkMacarıstan hökuməti çərşənbə axşamı ölkəni elektromobillər üçün akkumulyatorların istehsalı üzrə Avropanın ən böyük mərkəzinə çevirmək niyyətini təsdiqləyib.
Marja xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Naziri Péter Szijjarto, dünyanın doqquzuncu ən böyük akkumulyator istehsalçısı sayılan Çin şirkəti "Eve Power"in Avropadakı ilk zavodunu 1 milyard avrodan çox sərmayə ilə Debrecen-də quracağını açıqlayıb.
“Dövlət 400 milyard forint (təxminən 1,08 milyard avro) dəyərində layihənin maliyyələşdirilməsinə 14 milyard forint (38 milyon avro) ayıracaq ki, bu da mindən çox yeni iş yerinin yaradılmasına kömək edəcək”, - xarici işlər naziri çinli tərəfdaşlarla görüşdən sonra bildirib.
Qeyd edək ki, Debrecen layihəsi Macarıstanda ekoloji qrupların xüsusilə yeraltı suları çirkləndirərək ətraf mühitə zərər verəcəyinə dair etirazlarına səbəb olub. Zavodun tikintisinə qarşı şəhərdə etiraz aksiyaları keçirilib, siyasi müxalifət güclənib, hökumət parlamentdə və jurnalistlərlə görüşlərdə izahat verməli olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
46 d. əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
51 d. əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək























