iPhone satışında rekord
ABŞ-ın Apple şirkətinin səhmləri, iPhone satışının artdığı barədə məlumat açıqladıqdan sonra bahalaşıb. Marja xəbər verir ki, cari ilin yanvar-mart aylarında Apple şirkəti iPhone smartfonlarının satışından 51,3 milyard dollar əldə edib - bu, rekord göstəricidir.
Şirkət iPhone satışlarının bərpa olunduğunu elan etdikdən sonra Apple səhmləri yüksəlib. Apple səhmlərinin qiyməti 5% bahalaşaraq 173 dolları keçib.
2023-cü maliyyə ilinin ikinci rübünə dair hesabatında Apple iPhone satışından 51,3 milyard dollar əldə etdiyini bildirib. Şirkətin baş direktoru Tim Kuk qeyd edib ki, bu, əvvəlki rüb ilə müqayisədə cəmi 1,5% çoxdur, lakin bu, mart rübü üçün rekord göstəricidir.
Apple-ın rüb ərzində cəmi gəlirləri 94,8 milyard dollar təşkil edib ki, bu da bir il əvvəl ilə müqayisədə 3% azdır. iPad gəlirləri 13% azalaraq 6,67 milyard dollara, Mac gəlirləri 31% azalaraq 7,17 milyard dollara, aksessuarlar (AirPods, Apple Watch, Apple TV) üzrə gəliri 1%-dən də az azalaraq 8,76 milyard dollar olub. iCloud, Apple Music, App Store üzrə gəlirlər 5,5% artaraq 20,9 milyard dollar təşkil edib.
Tim Kuk qeyd edib ki, Apple inkişaf etməkdə olan bazarlarda (Meksika, İndoneziya, Filippin, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri) rekord rüblük satışlar göstərib.
Apple rüb ərzində 24,16 milyard dollar xalis mənfəət əldə edib.
iPhone gəliri: 51,33 milyard dollar, proqnoz 48,84 milyard dollar,
Mac gəliri: 7,17 milyard dollar, proqnoz 7,80 milyard dollar,
iPad gəliri: 6,67 milyard dollar, proqnoz 6,69 milyard dollar,
Digər məhsullar üzrə gəliri: 8,76 milyard dollar, proqnoz 8,43 milyard dollar,
Xidmətlərdən gəlir: 20,91 milyard dollar, proqnoz 20,97 milyard dollar olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















