FED faiz qərarını açıqladı
FED ardıcıl 10-cu dəfə faiz artırdı. FED-in faiz artırmağı dayandıracağı gözlənilir.ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, FED faiz dərəcələrini 0,25 faiz bəndi də artıraraq 5,00%- 5,25% aralığına yüksəldib. FED-in faizləri 4.75% - 5.00% aralığında idi.
Bazarlar da FED-in faizlərini 0,25 bənd artıracağını gözləyirdilər.
Bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır. Beləliklə, faiz dərəcələri 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
2022-ci ilin mart ayında faiz artırmağa başlayan FED, son 3 iclasında artım sürətini yavaşladıb və hər birində 0,25 faiz bəndi artımla davam edib.
FED-in bu gün faiz dərəcələrini artırsa da, gözlənti (proqnoz) onun iyun iclasında inflyasiyanı ram etmək üçün indiyədək atdığı addımların təsirlərini qiymətləndirmək üçün fasilə verəcəyidir. FED inflyasiyanın 2%-lik hədəf dərəcəsinə qayıtdığına dair güclü sübutlar görmək istəyir.
Əmək bazarı FED-in qiymətləndirdiyi başqa bir amildir. Bu səhər ADP özəl sektor hesabatı iqtisadiyyatın aprel ayında gözləniləndən daha çox iş yerləri yaratdığını göstərib.
FED-in faiz artırmağa fasilə verəcəyi ehtimalı ilə əlaqədar olaraq Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 22:14-də Avro/Dollar məzənnəsi 0,6% artımla 1.1065 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb).
FED-in faizlərini artırması kredit şərtlərini ağırlaşdırıb, iqtisadi fəaliyyəti zəiflədib. Bu səbəbdən ABŞ-da növbəti dəfə böhran gözləntiləri artıb. Böhran baş verərərsə, xam əmtəələrə, o cümlədən neftə tələb azalacaq. Bu səbəbdən neft qiymətləri sürətlə düşüb. Hazırda Brent nefti 72 dollar səviyyələrindədir. Son 24 saatda neft qiymətləri 9% civarında düşüb.
ABŞ-da bankların bir-bir ardıcıl iflas etmələri, iqtisadi aktivliyin azalması FED-i dayanmağa məcbur edir. Bu səbəbdən FED-in faiz artırmağa fasilə verəcəyi, payızdan etibarən faizlərini aşağı salmağa başlayacağı nəzərdə tutulur. Bu səbəbdən ABŞ valyutası dəyər itirir.
Dolların ucuzlşaması ilə əlaqədar olaraq qızıl bahalaşıb və unsiyasının qiyməti 2023 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb







.jpg)








.jpg)







