Texnologiyalar Parkının inkubator-rezidentinin “Bravo”da 2-ci stendi istifadəyə verilib
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan “SmFreshOil“in “Bravo” marketlər şəbəkəsinin “20 Yanvar” filialında ikinci “SmFreshOil by ABAD” stendi istifadəyə verilib.
“ABAD” publik hüquqi şəxsin dəstəyi ilə istifadəyə verilən “SmFreshOil by ABAD” stendinin açılış mərasimində “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova, Əməkdar artist Fərqanə Qasımova, “ABAD” publik hüquqi şəxsin rəsmi nümayəndləri, bir sıra tanınmış şəxslər və blogerlər iştirak ediblər.
Qeyd edək ki, bu stenddə də müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanaraq yerindəcə müştərilərə təqdim olunacaq.
Bundan başqa, “SmFreshOil by ABAD” stendində soyuq sıxım yağlar, əzmələr, qlütensiz unlar, məcunlar və orqanik şokolad pastaları, bəkməz və s. kimi müxtəlif çeşiddə sağlamlığa faydalı məhsulların satışı həyata keçiriləcək.
Ünvan: Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar m/s yanı), "BRAVO" Hipermarket.
Xatırladaq ki, ilk “SmFreshOil by ABAD” stendi ötən ilin aprel ayından etibarən "Bravo" Koroğlu hipermarketində uğurla fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















