Neft daha da ucuzlaşıb
Londonun ICE birjasında Brent markalı neftin qiyməti martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 dollardan aşağı düşüb.Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin iyul ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti, bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 dollardan aşağı düşüb.
Marja xəbər verir ki, Brent markalı neftin qiyməti 3,91% azalaraq bir barel üçün 77,61 dolları görüb.
Eyni zamanda, 2023-cü ilin iyun ayında tədarük üçün WTI markalı xam neftin fyuçersləri 4,35% azalaraq bir barel üçün 74,09 dollar olub.
Qlobal bazarlar dünyanın ən böyük iqtisadiyyatında (ABŞ) tənəzzül qorxusunu artıran zəif statistik məlumatları nəzərə alır. Bu səbəbdən neft qiymətləri düşür.
ABŞ-da tənəzzül baş verərsə neftə təlabatın azalacağı gözlənilir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya daxil istehsalçı müttəfiqlər (OPEC+) aprelin əvvəlində ilin sonuna qədər hasilatın əlavə azaldılmasını elan etdikdən sonra neft qiymətləri artmışdı. Artıq bütün qiymət artımı silinib.
Gələcəklə dair narahatlıqların artması və bu il iqtisadiyyatın tənəzzülə düşmə riskini artıran ABŞ istehlakçı inamı aprel ayında doqquz ayın ən aşağı səviyyəsinə düşüb.Bu məlumatlar ABŞ iqtisadiyyatının tənəzzülə yaxınlaşdığına dair iddiaları gücləndirib.
İnvestorlar, inflyasiya ilə mübarizə aparan mərkəzi bankların faiz artırmalarının ABŞ, Böyük Britaniya və Avropa İttifaqında iqtisadi artımı ləngidə və enerji tələbatını azalda biləcəyindən narahat dırlar.
ABŞ Federal Ehtiyat Sistemi (FED), İngiltərə Mərkəzi Bankı (BoE) və Avropa Mərkəzi Bankının (ECB) gələcək iclaslarında uçot dərəcəsini artıracağı gözlənilir. FED mayın 2-3-də iclas keçirəcək. FED-in bu dəfə də faiz artıracağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








