AvtoVAZ-dan yeni Lada X-cross 5 krossoveri
AvtoVAZ yeni Lada X-cross 5 krossoverini nümayiş etdirib. Bu yay AvtoVAZ keçmiş Nissan zavodunda yeni X-cross 5 krossoverinin istehsalına başlayacaq. O, çinli həmkarı FAW Bestune T77-yə çox bənzəyir.AvtoVAZ Soçidə keçirilən dilerlərin illik konfransında yeni krossoverini nümayiş etdirib. Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatlar sosial şəbəkələrə sızıb. Qeyri-rəsmi məlumatlara əsasən, avtomobil Lada X-cross 5 adlandırılıb və tezliklə onun kütləvi istehsalına başlanacaq.
Lada X-cross 5 Sankt-Peterburqdakı keçmiş Nissan avtomobil zavodunda buraxılan ilk AvtoVAZ modeli olacaq. İnsayderlərin sözlərinə görə, təqdimatda, modelin buraxılışına bu yayın əvvəlində başlana biləcəyi açıqlanıb. Həmçinin dilerlərə məlumat verilib ki, 2023-cü ilin sonuna qədər müəssisənin konveyer xəttindən 10 000-ə qədər yeni Lada krossoveri çıxarılacaq. Bununla belə, AvtoVAZ-ın mətbuat xidmətindən hələlik bu məsələ ilə bağlı rəsmi şərh yoxdur.
Nissan zavodu 2023-cü il fevralın 7-də AvtoVAZ-ın mülkiyyətinə keçib. 2022-ci ilin yazına qədər şirkət Rusiyada məşhur olan Qashqai, Murano və X-Trail krossoverlərini yığırdı.
FAW Bestune T77-nin uzunluğu 4525 mm, eni 1845 mm və hündürlüyü 1615 mm-dir. Təkər bazası 2700 mm-dir. Krossoverin klirensi 180 mm-dir. Xarici görünüş olaraq, yeni Lada Çin modelindən fərqlənmir.
Verilən məlumata görə, Lada X-cross 5-in salonu da FAW Bestune T77-nin salonuna bənzəyir.
Lada X-cross 5 krossoverinin bütün texniki xüsusiyyətləri gizli saxlanılır. Qeyri-rəsmi məlumatlara görə, avtomobil FAW Bestune T77-dən ciddi şəkildə fərqlənməyəcəkdir.
Çox güman ki, Lada X-cross 5-in qiyməti də Çin krossoverindən çox da fərqlənməməlidir. İstehsalın qismən lokallaşdırılması səbəbindən yeni AvtoVAZ məhsulunun qiymətlərinin FAW Bestune T77-dən də aşağı olması mümkündür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)






