Türkiyədə işsizlik Fevral ayında yenidən ikirəqəmli səviyyəyə yüksəlib

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin fevral ayına dair işsizlik məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, 2023-cü ilin fevral ayında yaşı 15 və yuxarı olan işsizlərin sayı yanvar ayı ilə müqayisədə 65 min nəfər artaraq 3 milyon 514 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,2 faiz bəndi artaraq 10% olub.
Yanvar ayında təkrəqəmli səviyyəyə düşən işsizlik yenidən ikirəqəmli səviyyəyə yüksəlib.
TÜİK, zəlzələnin təsirlərinin məlumatlara əks olunmadığını açıqlayıb.
İşsizlik nisbəti kişilər üzrə 8,7% ikən, qadınlar üzrə 12,6%-dir.
2023-cü ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 361 min nəfər azalaraq 31 milyon 460 min nəfər, məşğulluq nisbəti isə 0,6 bənd azalaraq 48,2 faiz olub. Bu göstərici kişilərdə 65% olduğu halda, qadınlarda 31,8% olub.
İşçi qüvvəsi 2023-cü ilin fevral ayında yanvar ayı ilə müqayisədə 295 min nəfər azalaraq 34 milyon 975 min nəfər təşkil edib.
15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,7 faiz bəndi azalaraq 19,2% olub. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 15,4%, qadınlar üzrə 26,2%-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
