Hazırda Rublun ucuzlaşmasının əsas səbəbi Rusiyadan kapital axınıdır
Xaricilər bizneslərini satıb kapitalı Rusiyadan çıxardırlar.Ənənəvi olaraq rubl üçün ən güclü aylardan birində (aprel) onun ucuzlaşması Rusiyadan gedən şirkətlərin aktivlərini alan şirkətlər tərəfindən valyutaya kəskin tələb ilə bağlıdır. Bu gün 2022-ci il aprelin 6-dan bəri ilk dəfə olaraq Moskva birjasında dolların məzənnəsi 83 rublu, avronun məzənnəsi isə 91 rublu keçmişdi.
Marja-nın məlumatına görə, aprel və may ayları ənənəvi olaraq rubl üçün ən güclü aylardır - ilin bu dövründə Rusiyanın dövlət büdcəsinə ixracdan və ixracatçılardan vergilər daxil olur. Məhz bir il əvvəl aprel ayında Rusiya valyutası martın maksimumlarından sonra aktiv şəkildə möhkəmlənməyə başlamışdı.
Amma bu dəfə hər şey yolunda getmədi: Bu gün 2022-ci il aprelin 6-dan bəri ilk dəfə olaraq Moskva birjasında dolların məzənnəsi 83 rublu, avronun məzənnəsi isə 91 rublu keçmişdi. "Aprel sehrinin" bu dəfə işləməməsinin səbəbini izah edən bir sıra amillər var.
Əvvəla, keçmiş “güc nöqtələri” öz əhəmiyyətini itirib. Mart ayında Rusiyanın Xəzinədarlığına 2,5 trilyon rubldan çox vergi daxil olub. Bu gəlirlər, Rusiyanın ixracının rublla ödənilməsinə keçid səbəbindən əvvəlki kimi rol oynamır, çünki ixracatçılar gəliri rubl ilə qazanırlar (ötən illərdə dollarda qazandıqlarından onun bir hissəsini satıb büdcəyə vergi olaraq ödəyirdilər). Rusiya Mərkəzi Bankının məlumatına görə, rublda ödənişlər bütün ödənişlərin 34 faizini təşkil edir.
İkincisi Rublun zəifləməsinin səbəbləri artıb. Əvvəla, bu, sanksiyalara görə Rusiyanı tərk edən şirkətlərdən biznesi alan müştərilərin xarici valyutaya intensiv tələbidir. "Financial Times"ın məlumatına görə, iki minə yaxın şirkət aktivlərini satmaq üçün Maliyyə Nazirliyindən icazə gözləyir.
Belə kapital axını ilə ticarət profisitində azalma müşahidə olunur. Həmçinin, Rusiyanın neftə etdiyi endirimlər, gəlirin bir hissəsinin logistika və sığorta provayderlərinin xeyrinə köçürülməsi gəlirləri azaldır. Digər tərəfdən Rusiyanın idxalında artım müşahidə olunur.
Bu vəziyyətdə rublun bahalaşmasını gözləmək ən azı sadəlövhlük olardı - bu, yalnız ixracatçılardan xarici valyuta təklifinin artması fonunda mümkündür ki, bu da hazırda mövcud deyil.
Analitiklər kursun hərəkəti üçün dəqiq meyarlar təyin etməkdən çəkinirlər. Hər hansı bir "bazar uğursuzluğu" vəziyyətində olduğu kimi (məsələn, 2022-ci ilin martında) qeyri-adi proseslər və inzibati qərarlar işə salına bilər.
Analitiklər bildirirlər ki, bir dollar üçün 85-90 rubl səviyyələri ixrac şirkətlərinin xarici valyuta satmaqda daha çox maraqlı olduqları səviyyədir. Məzənnə bu səviyyələrə çatdıqda ixrac şirkətlərinin xarici valyuta satışları arta bilər.
Əgər fors-major faktorlar işə düşməsə, 2023-cü ilin ikinci yarısında məzənnənin dinamikası OPEC+ ölkələrinin neft hasilatını azaltmaları fonunda qiymətlərin 95-100 dollar aralığına yüksəlməsilə artım vəd edən neft gəlirləri ilə müəyyən olunacaq. Bu, valyuta daxilolmalarının artması demək olacaq ki, bu da rubla müsbət təsir edəcək. Belə bir ssenaridə bir dolların 70-75 rubl diapazonunda tarazlığa qayıdacağı ehtimalı da var. Əmtəə gəlirlərinin və kapitalın çıxarılmasının mənzərəsi aydınlaşdıqca daha dəqiq mənzərə yaranacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
11 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
3 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
























