“Game of Thrones”un premyerasını Azercellə izlə!
Azercell abunəçiləri “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümünün premyerasını seyr edə biləcəklər.
Azercell öz abunəçilərinə dünyanın ən məşhur seriallarını yüksək keyfiyyətlə və nümayiş günü izləmək imkanını verir. Azercell-in partnyorları olan KATV1 və Mobisky-ın dəstəyi ilə yaradılan www.kinoserial.az saytında abunəçilər HBO, Showtime, CBS, FOX kimi studiyaların təqdim etdiyi məşhur seriallara premyera günündə baxa biləcəklər.
Kinoserial layihəsinə dünya üzrə ən çox baxılan seriallar daxildir. Bunlar arasında HBO, Showtime, CBS, FOX, BBC, Netflix, Starz, Sky, Sony Pictures və digər studiyaların təqdim etdiyi filmlər yer alır. Kinoserial paketində hər janrda – romantik, qorxu, triller, fantastika və digər növ serialları tapmaq olar. Burada ilin gözlənilən premyeralarını, həmçinin mövsümün bütün bölümlərini kəsintisiz izləmək mümkündür.
17 iyul tarixində istifadəyə veriləcək “Azercell+Video” xidməti vasitəsilə Azercell abunəçiləri bütün dünya seyrçiləri ilə birlikdə məşhur “Taxt Oyunları” serialının çoxdandır gözlənilən 7-ci mövsümünün beynəlxalq premyerasını izləyə biləcəklər.
Dünyanın ən yaxşı seriallarını izləmək üçün www.kinoserial.az saytına daxil olub, mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Xidmətdən gündəlik istifadə haqqı cəmi 0.33 AZN təşkil edir. Azercell abunəliyi sayəsində hər gün istənilən sayda filmi izləmək olar.
Xidmətin üstünlüyü həm də ondan ibarətdir ki, tamaşaçı serialları özünə uyğun vaxtda, yüksək keyfiyyətli görüntü və reklam fasiləsi olmadan izləyə biləcək. Bununla serialın hansısa kanalda nümayişini gözləməyə ehtiyac qalmayacaq. Digər tərəfdən, abunəçilər istənilən yerdə asanlıqla sevimli seriallarını smartfon, planşet və ya kompüterdən günün istənilən saatında izləyə biləcəklər. Bunun üçün sadəcə internet və Azercell nömrəsinin olması kifayətdir.
Məlumat üçün qeyd edək ki, kinoserial.az saytında artıq “Taxt Oyunları”, “Amerikan qorxu əhvalatları”, “Gənc Papa”, “Sevgililər”, “Yeddi ölümcül günah”, “Vəhşi Qərbin dünyası”, “Yaxşı mübarizə” və digər serialların nümayişi təşkil olunur. Hazırda seriallar rus və ingilis dillərində təqdim edilir. Bir çox serialın isə ilin sonuna qədər Azərbaycan dilinə dublyaj ediləcəyi gözlənilir.
Kinosevərlər “Azercell+Video” xidməti çərçivəsində dünyanın aparıcı studiyalarının təqdim etdiyi televiziya hitlərini izləməklə daim öndə olacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 11 d. əvvəl
-
- 30 d. əvvəl
- 46 d. əvvəl
- 54 d. əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)





.jpg)





