"Azərbaycanda satılan dərmanların daha ucuz başa gəlməsi üçün tərkibi azaldılır" iddialarına cavab verildi
"Ölkəyə gətirilməsi sıfıra bərabərdir, narahatlığa əsas yoxdur"Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.
Bunu Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib. O qeyd edib ki, bununla yanaşı mütəmadi olaraq yerli istehsalçıların yoxlanması təmin olunur:
"İstehsal prosesinin bütün zəncirlərinin yoxlanmasının təmin olunması məqsədilə müxtəlif ekspertlər işçi qrupuna cəlb olunur və yoxlama zamanı Avropa Birliyinin GMP qaydaları rəhbər tutulur. Bu istiqamətdə AEM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir".
Azərbaycana idxal olunan dərman vasitələrini istehsal edən müəssisələrin yoxlanılması və bu prosesin necə getməsi barədə sualı cavablandıran şöbə müdirinin sözlərinə görə, dərman istehsal edən müəssisələrin auditi olduqca mürəkkəb və çoxşaxəli prosesdir:
"Əksər hallarda audit başlamazdan öncə istehsalçı şirkət, onun əməkdaşlıq etdiyi qurumlar digər ölkələrin nəzarətedici qurumların son 5 il ərzində həyata keçirtdiyi auditlər və məhsullar barədə dərin təhlil aparılır. Bununla yanaşı xammalın daxil olduğu anbardan başlayaraq digər parametrlər üzrə əczaçılıq keyfiyyət sistemi, su təchizat, havalandırma, şəxsi heyət, kompüter sistemlərinin yoxlanması aparılır. Bu da sözsüz ki, bizim məsuliyyətimizi artırır. Həyata keçirdiyimiz auditlər əsasında əhalinin nigaranlığına zəmin yaradacaq hallar müşahidə edilməyib".
"Bəzi insanlar arasında iş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri barədə yayılan söz-söhbətlər nə qədər əsaslı ola bilər?" sualını cavablandıran Şamil Aydəmirov deyib ki, informasiya texnologiyalarının geniş vüsət aldığı bir dövrdə hansısa şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmır:
"Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir. Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
7 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
7 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
9 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
9 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım



























