“Azərişıq” şirkəti “Ev Qur” mağazasının, sement zavodunun və balıqçılıq təsərrüfatının enerjini taladığını bildirir
“Azərişıq” ASC qeyri-əhali abonentləri arasında elektrik enerjisinin talanması halları aşkarlayıb.
Bu barədə qurumdan məlumat verilib.
Qurum bəyan edib ki, enerji itkilərinin azaldılması istiqamətində görülən işlərə baxmayaraq, enerjidən qanunsuz istifadə edənlərə rast gəlinir. Belə ki, Bakının Xəzər rayonunda “Ev Qur” adlı mağazaya baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacı kənar müdaxilə səbəbindən axan cərəyanı yarıbayarı az qeyd edir.
Xırdalan şəhərində sement zavodunda da kənar müdaxilənin olduğu aşkar edilib. Baxış zamanı elektrik sayğacının "A", "B", və "C" faza cərəyan sıxaclarına müdaxilə edildiyi məlum olub.
Paytaxt və ətraf ərazilərlə yanaşı, Salyan rayonunda bəzi qeyri-əhali abonentlərinin elektrik enerjisini taladığı aşkarlanıb. Rayon ərazisində mağazalardan birinə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur.
Analoji vəziyyətə avtoyuma və kafe fəaliyyəti göstərən digər bir obyektdə rast gəlinib. Burada da sayğaca kənar müdaxilə etməklə elektrik enerjisindən qanunsuz istifadə olunduğu müəyyən edilib.
Elektrik enerjisinin talandığı növbəti fakt balıqçılıq təsərrüfatında ortaya çıxıb. Abonent uzaq məsafəyə kənar xətt çəkməklə yanaşı, uzaqdan idarə olunan xüsusi qurğu da quraşdırıb.
"Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb, hüquq mühafizə orqanlarına müraciət edilib və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq. Abonentlər bilməlidirlər ki, atılan bu neqativ addımlar təkcə elektrik enerjisinin talanması ilə nəticələnmir. Digər abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır, insanların həyat və sağlamlığını ciddi təhlükə altına salır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















