“Azərbaycan Avropaya elektrik enerjisi, “yaşıl hidrogen” və ammonyak tədarük etmək niyyətindədir”
Energetika naziri: “Azərbaycan Xəzərin yaşıl enerji potensialını Avropaya elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak olaraq tədarük etmək niyyətindədir”Energetika naziri Pərviz Şahbazov 9-cu “Berlin Enerji Keçidi Dialoqu” konfransında çıxış edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, çıxışda Azərbaycan Prezidenti tərəfindən ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi müəyyənləşdirilən bərpa olunan enerjinin inkişafı daha çox tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə vermək aspektində diqqətə çatdırılıb. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xatırladan energetika naziri deyib ki, Azərbaycan uzun illərdir dünya neft bazarını xam neft və neft məhsulları ilə təmin edir: “İki ildən çoxdur ki, biz Avropanın enerji bazarına təbii qaz tədarük edirik. İndi biz Avropa Komissiyası ilə təbii qaz tədarükünün həcmini iki dəfə artırmaq üçün işləyirik, çünki Avropadan olan tərəfdaşlarımız Rusiya ilə Ukrayna arasındakı müharibə və ümumi enerji böhranı fonunda bu həcmlərin artırılması xahişi ilə bizə müraciət ediblər”.
Energetika naziri bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə son illərdə həyata keçirilən islahatlardan, yeni qanunvericilik aktlarının hazırlanmasından, investisiya mühitinin yaradılmasından bəhs edib. Bildirilib ki, Azərbaycanın “yaşıl enerji” ilə bağlı siyasəti bu sahənin inkişafına dövlətin maliyyə vəsaitlərini deyil, xarici şirkətləri cəlb etməyə yönəlib. Xarici investorlarla artıq 710 MVt gücündə külək və günəş enerji layihələrinin icra edildiyi, 25 QVt-a yaxın istehsal gücləri üzrə əməkdaşlıq sənədlərinin imzalandığı qeyd edilib. Bu potensial və ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsinə dair imzalanmış Saziş əsasında ölkəmizin Avropaya “yaşıl enerji”ni tədarük etmək niyyəti ifadə edilib: “Xəzər dənizində 157 QVt-lıq külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, “yaşıl hidrogen”, ammonyak şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir”.
Çıxışda həmçinin bərpa olunan enerjinin ölkənin enerji sisteminə inteqrasiyası, bərpa olunan və ənənəvi enerji mənbələri arasında balansın yaradılması məsələlərinə də toxunulub. Amerikanın Tetra Tech və Türkiyənin Efra şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq edildiyi və enerji sisteminə 2 min MVt-dək həcmdə bərpa olunan enerji güclərinin inteqrasiyasının planlaşdırıldığı bildirilib.
Nazir Pərviz Şahbazov deyib ki, “yaşıl enerji” gələcəyin enerjisidir. Lakin biz enerji keçidinin rasional şəkildə həyata keçirilməsi barədə düşünməliyik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
9 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
9 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
10 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"

























