Azərbaycanda “Elm günü” qeyd edilir
"Böyük tarixi ənənələri olan Azərbaycan elmi bu gün milli dövlətçilik maraqları əsasında inkişaf etdirilir. Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, daim qayğı göstərib, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib, müvafiq sahədə problemlərin aradan qaldırılması məqsədilə ciddi tədbirlər həyata keçirib.
Heydər Əliyevin bütün istiqamətlərdə müəyyən etdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri elmimizin tərəqqisi və yüksəlişinə də geniş imkanlar açıb. Son illər ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilmiş Azərbaycan elminin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir".
Bunu Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova bildirib.
O qeyd edib ki, bu istiqamətdə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamıdır. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb. Azərbaycanda Elm Gününün təsis edilməsi elmə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.
"Elm Gününün qeyd edilməsi elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclər yetişdirmək, onların potensialını üzə çıxarmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək baxımından olduqca əhəmiyyətli hadisələrdən biridir. Bu mötəbər gün bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.
Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu sübut edir.
Elmin inkişafı istiqamətində görülən mühüm işlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Sərəncamıdır. Dövlət başçısının 15 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılmışdır.
Azərbaycan Elm Fondu ölkəmizdə elm siyasətinin həyata keçirilməsində yaxından iştirak edir, qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirlər keçirmək, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Hazırda Azərbaycan Elm Fondu dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açan yüksək səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına mühüm töhfələr verir. Azərbaycan Elm Fondu olaraq bundan sonra da Azərbaycanın elminin inkişafına, alimlərimizin fəaliyyətinin stimullaşdırılmasına, ölkəmizdə müxtəlif elm sahələri üzrə əldə olunan fundamental nəticələrin iqtisadiyyatda öz tətbiqini tapmasına dəstək verəcəyik".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
57 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub






















