Birjalarda son vəziyyət - PROQNOZLAR
ABŞ-da başlayan və Avropaya yayılan bank sektoru ilə bağlı narahatlıqlar monetar siyasət gözləntilərində qeyri-müəyyənliklərin hakim olmasına səbəb olarkən, FED ötən həftə ərzində uçot dərəcəsini 0.25% artıraraq 4.75 - 5.00%-ə çatdırdı.
ABŞ-ın bank sistemi "möhkəm və dayanıqlıdır" açıqlaması verən FED, son hadisələrin ev təsərrüfatları və bizneslər üçün daha sərt kredit şərtləri ilə nəticələnəcəyini və iqtisadi fəaliyyətə, əmək bazarı və inflyasiyaya təzyiq göstərəcəyini bildirib.
İqtisadiyyatla bağlı proqnozlarını açıqlayan FED, bu il üçün faiz dərəcələri ilə bağlı proqnozlarında dəyişiklik etməyib.
Görüşdən sonra sualları cavablandıran FED sədri Jerom Pavel bankın inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulayaraq, daha çox faiz artımı ehtiyacını qiymətləndirərkən, gələn məlumatlar, dəyişən iqtisadi mənzərə və xüsusilə kredit sərtləşdirməsinin gözlənilməz təsirləri üzərində fokuslanacaqlarını bildirib.
İclasdan sonra valyuta bazarlarında gözləntilərdə ciddi dəyişikliklər olmasa da, bankın ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi endirəcəyi ehtimalları da məzənnələrin qiymətlərində hiss edilir. Lakin növbəti iclasda bankın 80% ehtimalla faiz dərəcələrini dəyişməyəcəyi təxmin edilir.
FED və bazar gözləntiləri arasındakı uyğunsuzluğun qeyri-müəyyənlikləri artırdığına diqqət çəkən analitiklər, qarşıdakı dövrdə bazarlarda volatilliyin arta biləcəyinin vurğulayırlar.
Ötən həftə həmçinin Maliyyə Naziri Janet Yellenin çərşənbə günü verdiyi açıqlamalar da bazarlarda volatilliyin artmasına səbəb oldu.
Yellen, Senatda 2024-cü maliyyə ili büdcəsi ilə bağlı iştirak etdiyi iclasda, bütün bank əmanətlərinin sığortalanması üzərində çalışmaların olmadığını bildirib.
Yellenin açıqlamalarından sonra regional bankların səhmləri ucuzlaşıb.
Yellen cümə axşamı ABŞ Nümayəndələr Palatasındakı açıqlamalarında lazım gələrsə, əlavə tədbirlər görə biləcəklərini də əlavə edərək risk qavrayışını yumşaltmağa çalışıb.
Digər tərəfdən, FED rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı verdiyi mesajlar da investorların diqqət mərkəzində olmşdur.
Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar indeksi 101.70 bənd həddindən dəstək alaraq 102.70 bənd hədlərinə kimi yüksəldi.
Bu həftə Amerikada açıqlanacaq İqtisadi İnkişaf Səviyyəsi və Şəxsi Xərclər Qiymət İndeksi kimi inflyasiya göstəriciləri DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.22$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq ÜDM göstəriciləri və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin açıqlamaları ciddi təsir edə bilər.
GOLD
Ötən həftə FED sədri Jerom Pavel və ABŞ Maliyyə Naziri Janet Yellenin bir-birinə zidd açıqlamalarına baxmayaraq qızılın unsiya üzrə qiyməti həftəlik 0.5% ucuzlaşaraq həftəni 1979$ səviyyəsində başa vurub.
Təhlillərə əsasən bu həftə Amarikada və İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsi, eləcə də Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1962$ həddinin altına düşsə, yenidən 1930$-a və 1905$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 32 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
1 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
1 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
1 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı

















.jpg)
.jpg)

