"Banklardakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır"
Minneapolis FED sədri Neel Kashkari bank sistemindəki son stresslərin ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracağını deyib.ABŞ Mərkəzi Bankının (Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkari verdiyi müsahibəsində Silicon Valley Bank (SVB) və Signature Bankın uğursuzluqları ilə nəticələnən bank sistemindəki son gərginliklərin aradan qaldırılmasının zaman aparacağını bildirib. Kaşkari əlavə edib ki, bu gərginlik ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracaq.
Kaşkari, “Biz bilirik ki, uzunmüddətli xəzinə istiqrazlarına sərmayə yatıran və buna görə riskdə olan başqa banklar da var. Biz onu da bilirik ki, bank sektorunda çoxlu kommersiya daşınmaz əmlakı var və yəqin ki, bank sektoruna da əks olunan bəzi itkilər var. Ona görə də bu prosesin tam aydınlaşması üçün vaxt lazımdır”,- deyib.
Minneapolis Fed sədri buna baxmayaraq, bank sisteminin bu təzyiqlərə tab gətirə biləcək qədər kapitala malik olduğuna diqqət çəkib.
"Bank sektorundakı son gərginlik bizi mütləq tənəzzülə yaxınlaşdırır. Bizim üçün qeyri-müəyyən olan bu bank stresslərinin nə qədərinin geniş yayılmış kredit böhranına səbəb olmasıdır. Bu kredit böhranı iqtisadiyyatı yavaşlatacaq",- Kaşkari əlavə edib.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 40 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib






.jpg)













