FED çətin faiz qərarını açıqladı
ABŞ-da davam edən bank böhranı fonunda FED ilin ən kritik faiz qərarını açıqlayıb. FED faizlərini 0,25 bənd artıraraq pul siyasətini sərtləşdirməkdə davam edir.ABŞ Mərkəzi Bankı (FED) maraqla gözlənilən və qəbul edilməsi çox çətin olduğu bildirilən faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,25 faiz bəndi də artıraraq 4,75% -5% aralığına qaldırdı. Bu, 2007-ci ildən bəri ən yüksək səviyyədir. FED-in 0,25 bəndlik faiz artıracağı bazarlarda 80% olaraq qiymətləndirilirdi.
FED yaydığı press-relizində, ABŞ banklarının sağlam perspektivə malik olduğunu, lakin son hadisələrin iqtisadi inkişafa təsirlərinin qiymətləndiriləcəyini qeyd edib.
Press-relizdə verilən mesajlar, qlobal bazarları sarsıdan bank böhranına baxmayaraq FED-in faiz artırmaqdan vaz keçməyəcəyini göstərir.
Bundan əlavə, FED 2022-ci ilin may ayında dərc olunan plana uyğun olaraq balansındakı aktivləri azaltmağa davam edəcəyini təsdiqləyib.
FED faiz dərəcəsinin daha da artırılmasının məqsədəuyğun olacağını qeyd edir. Mərkəzi Bank hələ də uzunmüddətli perspektivdə iqtisadiyyatda maksimum məşğulluğa və 2% səviyyəsində inflyasiyaya nail olacağını gözləyir.
"Pul siyasətində uyğun mövqe seçərkən, komitə daxil olan məlumatların iqtisadi perspektivlərə təsirini izləməyə davam edəcək. Komitənin məqsədləri üçün risklər yarandıqda, komitə pul siyasətini müvafiq qaydada uyğunlaşdırmağa hazır olacaq",- FED bildirib.
Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazarlar Komitəsinin üzvlərinin əksəriyyəti 2023-cü ilin sonunda baza dərəcəsini 5% - 5,25% səviyyəsində proqnozlaşdırır. Bu səviyyələri iclasın üzvəri ortaq olaraq proqnozlaşdırırlar. Komitə üzvlərindən biri bunu 4,75% - 5%, üçü 5,25% - 5,5%, digər üçü 5,5% - 5,75% səviyyəsində gözləyir. Başqa bir şəxs 2023-cü ilin sonunda 5,75% - 6% baza dərəcəsi gözləyir.
FED-in iclası qeyri-müəyyənliklər kölgəsində dünən axşam başlamışdı. Fed-in son bank böhranı və davamlı yüksək inflyasiya problemlərindən hansına üstünlük verəcəyi böyük maraqla gözlənilirdi. Bir çox iqtisadçı faizlərdə 0,25 faiz bəndi artım gözləsə də, bəziləri maliyyə sabitliyini dəstəkləmək üçün artımların dayandırılmasının lazım olduğu qənaətində idilər.
Son 2 həftədə ABŞ-ın 3 bankının müflis olması və UBS-in problemli Credit Suisse-i alması səbəbindən investorların və iqtisadçıların faizlərin artırılması sürəti barədə gözləntilərini azalmış, 0,50 faiz bəndindən 0,25 faiz bəndinə düşmüşdü.
"Barclays"ın iqtisadçısı Jonathan Millar demişdi: "FED üçün inflyasiyanın cilovlanması, yoxsa maliyyə sabitliyi risklərinin azaldılması dilemması bu iclasda qərar qəbulunu çətinləşdirir".
Bloomberg-in iqtisadçısı Anna Vonq bildirmişdi: "Faizlərin artırılmasının dayandırılması FED-in bank sisteminə və iqtisadiyyatın dayanıqlığına güvənmədiyi mesajını verə bilər. Digər tərəfdən, FED faiz dərəcələrini artırmaqda davam edərsə, bu sektorda stressi artıra və investorları daha da qorxuda bilər".
"Goldman Sachs" qrupun iqtisadçıları Manuel Abecasis və Tim Krupa FED-in tarixini şərh edərək qeyd etmişdilər: "Tarixi məlumatlar göstərir ki, FED maliyyə gərginliyi dövründə sərt pul siyasətini (faiz artırmağı) davam etdirməyə deyil, problemin həllini gözləməyə üstünlük verir".
İnflyasiya ilə mübarizə aparmaq üçün keçən il 4 dəfə 0,75 faiz bəndi dərəcələrini artıran FED, artım sürətini dekabrdakı 0,50-dən fevralda 0,25-ə endirmişdi.
FED-in qərarı ilə yanaşı, Bankın üzvlərinin faiz dərəcəsi ilə bağlı proqnozlarını ehtiva edən nöqtəli qrafik də dərc edilib. Nöqtəli qrafiklərdə əksini tapan üzvlərin gözləntilərinin dekabr ayı ilə müqayisədə dəyişmədiyi müşahidə edilib. Nöqtəli qrafikdə 2023-cü ilin sonu üçün faizin maksimum səviyyəsilə bağlı proqnoz 5,1% səviyyəsində təyin olunub. 2024-cü il üçün gözlənti 4,1 faizdən 4,3 faizə yüksəlib.
Dekabr ayı proqnozlarında pik faiz dərəcəsi 5,125 faiz olub. Martın əvvəlində Pauell faiz dərəcələrinin gözlənildiyindən daha yüksək səviyyədə müəyyən oluna biləcəyinə işarə etmiş və yuxarıya doğru dəyişiklik olacağı siqnalı vermişdi.
Beləliklə, bugünkü artırım ilə 5%-ə çatan faiz, illik 5,25%-ə çatan 2006-cı ildən bəri ən yüksək səviyyədədir. FED, koronavirus pandemiyasının ağır iqtisadi nəticələrinə cavab olaraq faizlərini 2020-ci ildə illik 0-0,25%-ə qədər endirilmiş, 2018-ci ilin dekabrından bəri ilk dəfə olaraq keçən ilin mart ayında artırmağa başlamışdır.
FED ABŞ-ın 2023-cü il üçün işsizlik proqnozunu 4,6%-dən 4,5%-ə endirib, 2024-cü il üçün isə 4,6%-də saxlayıb.
FED ABŞ-ın 2023-cü il üçün ümumi daxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 0,5%-dən 0,4%-ə, 2024-cü il üçün 1,6%-dən 1,2%-ə azaldıb.
FED ABŞ-ın 2023-cü il üçün inflyasiya proqnozunu 3,1%-dən 3,3%-ə yüksəldib, 2024-cü il üçün isə proqnozu 2,5%-də saxlayıb.
ABŞ-da son inflyasiya məlumatları xüsusilə əsas göstəricilərin yüksək səviyyələrdə qaldığını göstərib.ABŞ Əmək Nazirliyinin məlumatına görə, illik inflyasiya fevralda 6,4 faizdən 6 faizə düşüb. Aylıq inflyasiya 0,4 faiz təşkil edib. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da inflyasiyanın aylıq 0,4 faiz, illik isə 6 faiz təşkil edəcəyini gözləyirdilər. Baza inflyasiya aylıq 0,4 faizdən 0,5 faizə yüksəlib və illik 5,6 faizdən 5,5 faizə düşüb. Gözləntilər aylıq müqayisədə 0.4% artım idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
34 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























