"Təqaüdçülərin sayı artır, pensiya yaşı uzadılmalıdır"
Makron: "Pensiya islahatları məni də sevindirmir, amma məcburam"
Fransa prezidenti Emmanuel Macron mübahisəli pensiya islahatı ilə bağlı “ölkənin ümumi maraqlarını” üstün tutduğunu bəyan edib və "populyarlığı azalsa belə, bunu (islahatı) təsdiq edəcəyini" bildirib. Makron deyib ki, islahatı həyata keçmək onu sevindirmir, amma bunu etmək məcburiyyətindədir.
Fransa prezidenti Emmanuel Macron ölkədə kütləvi tətillərə səbəb olan, hökumətin parlamentdə səsvermə keçirilmədən qəbul etdiyi və pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan (62 yaşdan 64 yaşa) mübahisəli pensiya islahatından Fransa televiziyasına danışıb.
Marja xəbər verir ki, islahatın ən mühüm seçki vədləri arasında olduğunu deyən Macron, bunun bu ilin sonuna qədər qüvvəyə minməsini istədiyini bildirib.
Fransa prezidenti Emmanuel Macron, dövlət büdcəsi üçün "pensiya islahatlarının zəruri olduğunu" bildirib.
"Mən iş həyatına qədəm qoyanda 10 milyon pensiyaçı var idi, bu gün 17 milyondur. 2030-cu illərdə 20 milyon olacaq" deyən Fransa prezidenti küçələrdə baş verən qəzəbin heç də hamısının pensiya yaşının uzadılması ilə bağlı olmadığını, bir hissəsinin isə iş qaydalarında olan haqsızlıqla bağlı olduğunu qeyd edib.
Emmanuel Macron, "Mən ölkənin ümumi maraqlarını seçdim. Populyarlığım azalsa belə, bu islahatı təsdiq edəcəm" deyib.
Yüksək qazanc əldə edən şirkətlərin qazanclarının bir hissəsini işçiləri ilə bölüşməsinin zəruriliyinə diqqət çəkən Macron, gəlir balansı üçün ölkənin son 18 ayda minimum əmək haqqını inflyasiya səviyyəsinin üzərində, 9,5 faiz artırdığını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
