Türkiyə: Zəlzələlər 103,6 milyard dollarlıq maliyyə yükü yaradıb

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən açıqlanan "Kahramanmaraş və Hatay Zəlzələ Hesabatı"na görə, zəlzələnin Türkiyə iqtisadiyyatına yaratdığı ümumi yükün təxminən 2 trilyon lirə (103,6 milyard dollar) olduğu təxmin edilir. Zəlzələ Türkiyənin 11 vilayətində böyük ziyana səbəb olub.
Marja Hesabata istinadən xəbər verir ki, zəlzələnin Türkiyə iqtisadiyyatı üzərindəki ümumi yükünün ən əhəmiyyətli komponenti 54,9% nisbətində mənzil ziyanı olub. Bu ziyanın məbləği 1 trilyon 73 milyard lirə (təxminən 57 milyard dollar) olaraq hesablanıb.
Dəymiş zərərin ikinci komponenti ictimai infrastruktur və xidmət binalarının dağıdılmasıdır. Bu komponentin xərcdəki payı 242,5 milyard lirə və ya təxminən 13 milyard dollar olaraq qiymətləndirilir.
Özəl sektorun zərəri təxminən 11,8 milyard dollar və ya 222,4 milyard lirə olaraq hesablanıb. Bu zərər istehsal sənayesi, enerji, rabitə, turizm, səhiyyə və təhsil sektorlarına, kiçik biznesmenlərə və ibadət yerlərinə dəyən zərər daxildir.
Sığorta sektorundakı itkilər, biznesmenlərin gəlir itkiləri və makroiqtisadi təsirlər nəzərə alındıqda, zəlzələnin Türkiyə iqtisadiyyatına yaratdığı ümumi yükün təxminən 2 trilyon lirə və təxminən 103,6 milyard dollar olduğu təxmin edilir. Bu məbləğin 2023-cü ildəki milli gəlirin təxminən 9 faizini təşkil edə biləcəyi proqnozlaşdırılırılır.
Zəlzələdən təsirlənən 11 vilayətin 2022-ci ildə ixracda payının 8,6% olduğu qeyd edilib. Qaziantep ümumi ixracatdakı 4,4% payı ilə önə çıxır. Qaziantep ölkədə ən çox ixracat həcminə malik altıncı vilayətdir. Hatay, Adana və Kahramanmaraşın payları müvafiq olaraq 1,6, 1,2 və 0,6 faizdir.
Zəlzələdən təsirlənən 11 ilin 2022-ci il idxalında payı 6,7%-dir.
2022-ci ildə Türkiyədə tekstil məhsullarının ümumi ixracı 14,2 milyard dollar səviyyəsində, fəlakət bölgəsindəki vilayətlərin ixracı 5 milyard dollar səviyyəsində və 11 vilayətin ümumi tekstil ixracındakı payı 35% səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
