Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türkiyədə işsizlik səviyyəsi 5 aydan sonra yenidən 10%-dən aşağı düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə  işsizlik səviyyəsi 5 aydan sonra yenidən 10%-dən aşağı düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2023-cü ilin yanvar ayında Türkiyədə yaşı 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 166 min nəfər azalaraq 3 milyon 424 min nəfər olub.

Marja Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqladığı məlumata istinadən xəbər verir ki, işsizlik nisbəti 0,5 bənd azalaraq 9,7% təşkil edib. İşsizlik səviyyəsi 5 aydan sonra yenidən təkrəqəmli səviyyəyə düşüb. 

İşsizlik nisbəti kişilər üzrə 7,7% ikən, qadınlar üzrə 13,7%-dir.

2023-cü ilin yanvar ayında məşğul olanların sayı əvvəlki ayla müqayisədə 354 min nəfər artaraq 31 milyon 837 min nəfər, məşğulluq nisbəti isə 0,5 faiz bəndi artaraq 48,9 faiz olub. Bu göstərici kişilər üzrə 66,9 faiz olduğu halda, qadınlar üzrə 31,2 faiz olub.

2023-cü ilin yanvar ayında işçi qüvvəsi əvvəlki ayla müqayisədə 188 min nəfər artaraq 35 milyon 260 min nəfər olub.

Gənclər arasında işsizlik səviyyəsi 20,2% təşkil edib

15-24 yaş gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 faiz bəndi artaraq 20,2 faiz olub. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 16,5 faiz, qadınlar üzrə isə 26,6 faiz təşkil edib.

10.03.2023 12:14

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18