"İnstpower" piramidasının bağlandığı, minlərlə Azərbaycan vətəndaşının pul itirdiyi bildirilir
Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan "İnstpower" piramidasının da fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü deyilir.
Marja.az sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir.
"İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorların" hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.
Aldandıqlarını indi başa düşən vətəndaşlar hələ də "problemin" həll ediləcəyini ümid edirlər. Mütəxəssislər bildirirlər ki, digər piramidalarda olduğu kimi, "İnstpower" pramidasında da vətəndaşlar aldadılıb, onların pulları mənimsənilib.
"İnstpower" piramidası Azərbaycanda çox məşhurlaşmışdı. Bu piramidaya görə, "İnstpower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və "paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Bir müddət əvvəl bildirilirdi ki, "İnstpower" pramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminləri sistemi söndürərək "qeybə çəkiləcəklər".
Piramida mexanizminə görə, layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürür və qazananlardan çox itirənlər olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























