Türkiyədə müxalifətin Prezident seçkisində ortaq namizədi açıqlandı
"6-lı masa"nın iclasından sonra bəyanat: Millət İttifaqının Prezident seçkisində namizədi Kamal Kılıçdaroğludur. Digər 5 partiyanın sədrləri vitse-prezident olacaqlar.Türkiyədə 6 müxalifət partiyasının (6-lı masa və ya Millət İttifaqı) Prezident seçkisində ortaq namizədinin CHP sədri Kemal Kılıçdaroğlu olduğu açıqlandı.
Marja xəbər verir ki, Türkiyədə, "İYİ Partiya"nın sədri Meral Akşener 72 saat ayrıldıqdan sonra 6 nəfərlik masaya qayıtdıqdan və "Səadət" Partiyasının ev sahibliyi etdiyi toplantıya qatıldıqdan sonra 6 partiyadan formalaşan Millət İttifaqı prezidentliyə namizədi ilə bağlı açıqlama verilib.
"Səadət" Partiyasının sədri Temel Karamollaoğlu Millət İttifaqının prezidentliyə namizədinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu olduğunu açıqlayıb.
Millət İttifaqının prezidentliyə namizədini elan etmək üçün söz alan Temel Karamollaoğlu deyib:
"Hörmətli Kemal Kılıçdaroğlu bizim prezidentliyə namizədimizdir. Missiyamızın xeyirli olmasını diləyirik."
Daha sonra Kemal Kılıçdaroğlu kürsüyə çıxıb. Kılıçdaroğlu deyib:
"Hamınızın hüzurunda hörmətli partiya sədrlərinə bir-bir ürəkdən təşəkkür edirəm. Yunus Əmrə deyib ki, "paylaşsaq tox, bölünsək məhv olarıq". Ən böyük zəhmətimiz Türkiyəni dinc günlərə gətirməkdir. Biz Millət İttifaqı olaraq Türkiyəni məsləhətləşərək idarə edəcəyik. Gücləndirilmiş parlament sisteminə keçidin yol xəritəsini razılaşdırmışıq. Digər partiyaların sədrləri vitse-prezident olacaqlar”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























