Azərbaycanda yaradılacaq 2-ci vençur fondunun məqsədləri açıqlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu il Azərbaycanda yaradılması planlaşdırılan 2-ci vençur fondunun məqsədlərini açıqlayıb.
Bunu Agentliyin sədrinin müşaviri Ağahüseyn Əhmədov bildirib.
Onun sözlərinə görə, yeni fondun yaradılmasında əsas məqsəd ölkəmizdə startaplar üçün daha çox maliyyə vəsaitinin əlçatanlığını təmin etməkdir.
"Bundan əlavə, məqsədimiz yerli və beynəlxalq investorları ənənəvi maliyyə aktivləri ilə yanaşı, alternativ maliyyə aktivi olan vençur investisiyalarına yatırım etmələri üçün cəlb etmək, həmçinin Azərbaycanın regional vençur bazarında mövqeləndirmək və bu sahəyə ayırılan maliyyə vəsaitlərinin artırılmasını təmin etməkdir", - deyə müşavir qeyd edib.
Yeni fond erkən inkişaf mərhələsində olan startaplara xitab edəcək
“Ümumiyyətlə vençur fondu yüksək riskli, əsasən kommersiya əsaslı layihələrə (startaplara) yatırım etmək üçün bir maliyyə alətidir. Vençur maliyyələşməsi startapların hər bir inkişaf mərhələlərində edilir. Azərbaycanda yaradacağımız fond erkən inkişaf mərhələsində olan startaplara xitab edəcək. Erkən etaplarda olan startapların reallaşdırılması üçün çox zaman ciddi bir maliyyə vəsaitinə ehtiyac duyulur. Əksər startaplar gəlir qazanma mərhələsində olmadığına görə ənənəvi maliyyə alətlərinin (kredit, borc əsasında verilmiş maliyyə vəsaitləri) istifadəsi startap təsisçiləri üçün çox riskli olur və buna görə onların idealarının reallaşa bilmə imkanları məhdudlaşır. Vençur maliyyələşməsi isə burada yeni növ yatırım aləti təqdim edir və daha yüksək risk altında maliyyə vəsaitini təqdim edir", - deyə nazirlik rəsmisi əlavə edib.
"Hazırda fondun tezisinin formalaşması üzərində işlər gedir və ilkin tezis təyin olunandan sonra fondun məbləği təyin olunacaq", - deyə A.Əhmədov fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycanda ötən il yaradılmış "Caucasus Ventures" adlı vençur fondu 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin adından çıxış edən nazirlik, 5 milyon manatını "PAŞA Holdinq" MMC, 1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























