"Unicapital"dan həftəlik təhlil

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
- Ötən həftə 21 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyinin 40 mln. manat həcmində, 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144,644,300 manat, yerləşdirilmiş həcmi isə 47,051,500 manat təşkil edilmişdir.
Qlobal bazar
- Keçən həftə ABŞ-da cari ev satışları açıqlanıb. Yanvar ayı üçün gözlənti 4,1 milyon olsa da, real göstərici 4 milyon olub.
- Ötən həftə həmçinin 2022-ci ilin 4-cü rübü üçün ÜDM açıqlanıb. İllik göstərici 2,9% gözlənilsə də faktiki göstərici 2,7% olub.
- ABŞ-da keçən həftənin vacib məlumatları içərisində həmçinin əhalinin şəxsi gəlirləri və xərcləri yer alıb. Belə ki, 2023-cü ilin yanvar ayı üçün şəxsi gəlirlərin 1% artacağı gözlənildiyi halda bu göstərici 0,6% olaraq açıqlanıb. Qeyd edək ki, bundan əvvəlki göstərici 0,2% olub. Şəxsi xərclərin 1,4% artacağı proqnozlaşdırıldığı halda yanvar ayı üçün bu göstərici 1,8% olaraq açıqlanıb. Qeyd edək ki, əvvəlki göstərici -0,2% idi.
-Keçən həftə Avropa üçün açıqlanan vacib məlumatlar içərisində inflyasiya götərici olan İstehlak Qiymətləri indeksi yer alıb. Belə ki, yanvar ayı üçün illik inflyasiya gözləntilərə uyğun olaraq 8,6% açıqlanıb. Əvvəlki göstərici 8,5% olub. Həmçinin yanvar ayı üçün olan aylıq inflyasiya gözləntilərə uyğun olaraq -0,2% açıqlanıb.
- Bu həftənin vacib məlumatları aşağıdakılardır: -ABŞ-da mart ayının 3-ü Banklar Assosiyası tərəfindən dərc edilən İpoteka müraciətlərindəki dəyişim açıqlanacaq. Həmçinin həmin gün Tədarük İdarə Etmə İnstitutu (Institute supply management ) tərəfindən dərc edilən İstehsal indeksi (İSM manufacturing) açıqlanacaq. -Avropada bu həftə martın 2-si fevral ayı üçün inflyasiya və mart ayı üçün işsizlik göstəriciləri açıqlanacaq. İllik inflyasiya ilə bağlı gözlənti 8,3%-dir. İşsizliklə bağlı bazar gösləntisi isə 6,6%-dir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
7 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 17 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
