"218 şirkətdən yalnız 84-nün sənədləri şərtlərə uyğundur"
Buraxılış vəsiqəsi almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcəklər.Buraxılış vəsiqəsi almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcəklər. Hazırda 218 şirkətdən yalnız 84-nün təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Bu şirkətlərin avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16%-ni təşkil edir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həyata keçirən daşıyıcılarla görüş zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” 1 il sonra –2023-cü il aprelin 8-də qüvvəyə minəcək. Qaydalara əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən daşıyıcılar işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.
Bildirilib ki, buraxılış qaydalarının tətbiqində məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasıdır.
Beynəlxalq yükdaşımaları həyata keçirən avtomobillərin sayı 8 mini ötüb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir. Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb.
"Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. Görülmüş tədbirlər nəticəsində son dövrdə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımaların bütün istiqamətlər üzrə bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib", - deyə Rəhman Hümmətov əlavə edib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© APA
Müştərilərin xəbərləri
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 1 d. əvvəl
- 40 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Silk Way” ixracında böyük sıçrayış: 21 min dollardan 28,5 milyon dollara
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rəsmi məzənnələr açıqlandı
“Azəralüminium”un ixracı 50% artıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Ən çox oxunanlar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb






















