Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunanların 63%-i oxumayan və işləməyənlərdir
2022-ci ildə Azərbaycanda 24432 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 19069 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb olunmuşların 63,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,8 faiz təşkil etmişdir.
2021-ci illə müqayisədə cinayət törətmiş qadınların sayı 5,1 faiz, 14-17 yaşda olan uşaqların sayı isə 24,1 faiz artmışdır.
Ötən il ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 19,3 faiz, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı isə 18,4 faiz artmışdır.
2022-ci ildə qeydə alınmış cinayət hadisələrinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci il ərzində ölkədə 36494 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 17,2 faiz çoxdur. Ötən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşmüş, onların da 59,6 faizini az ağır, 23,8 faizini böyük ictimai təhlükə törətməyən, 16,6 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir. Cinayətlərin strukturunda 15142 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 14500 hadisə iqtisadi sahədə, 5388 hadisə şəxsiyyət əleyhinə, 1443 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 487 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 21-i isə digər cinayətlərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























