“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq sertifikata layiq görülüb
(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki çətin yoxlama sistemlərindən biri olan BRC (British Retail Concertium) sertifikatına “A+” dərəcəsi ilə sahib olub.
İngilis Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan qida təhlükəsizliyi standartını əhatə edən BRC qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin yox edilməsi üçün şərtləri əhatə edən yüksəksəviyyəli standartdır. Bu sertifikatı əldə etməklə “Ulduz” Şokolad Fabriki məhsullarını daha yaxşı təqdim etməklə müştəri məmnuniyyətinə nail olmaq məqsədini qarşısına qoyur. BRC-nin “A+” sertifikatı ilə həmçinin məhsulları Avropaya ixrac etmək mümkündür.
Qafqazın iri qənnadı fabriklərindən biri olan “Ulduz” Şokolad Fabriki bundan əvvəl də “İngilis Pərakəndəçilər Birliyi Standartı” və “Beynəlxalq Qida Standartı”nı alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını (ISO 9001, ISO 22 000 və Halal) qazanıb. “Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi baxımından qlobal standartlara cavab verən BRC-nin ən yüksək dərəcəli “A” sertifikatını qazanmaqla respublikamızda ilkə imza atıb.
“Ulduz” markalı məhsullar Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları, vafli istehsal edir. Fabrikdə şokolad Almaniya, Belçika və İtaliyada istehsal olunmuş ən müasir texnologiyalardan istifadə edilərək hazırlanır.
“Ulduz”un çalışma prinsipi isə sadədir: “Evdə ailəmizə, uşağımıza rəva görmədiyimiz, rahatlıqla yedirə bilmədiyimiz heç bir məhsulu istehsal etmirik”.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























